Qoç
Bu gün özünüzü çox şən və yaxşı hiss edəcəksiniz. Uzaqlarda olan yaxınlarınızdan xəbər ala bilər, həyata keçirmək istədiyiniz işlərdə onlardan dəstək istəyə bilərsiniz. Gəlirlə bağlı işlərinizi sürətləndirəcəksiniz.
Buğa
Yoldaşlarınızla əlaqələrinizdə bəzi axsaqlıqlar və anlaşılmazlıqlar ortaya çıxa bilər. Gərəksiz mübahisələrə girməkdən çəkinin. Sevdiyiniz şəxslə birlikdə səfər proqramları qura bilərsiniz.
Əkizlər
Gərginliyinizi səyahətə çıxaraq azalda bilərsiniz. Dostlarınızla aranızdakı əlaqələr güclüdür. Lakin bəzi yoldaşlarınız sizə qarşı qısqanc duyğular bəsləyirlər. Bütün bunlara əhəmiyyət verməyin ki, əsəblərinizi qoruyasız.
Xərçəng
Bu gün alacağınız bir xəbər əhval-ruhiyyənizi yüksəldəcək. Istəklərinizi açıq ifadə edin. Belə halda özünüzə həmfikir tapa bilərsiniz. Gələcəyə hesablanan istəklərinizi dostlarınıza paylaşsanız, onlardan dəstək alacaqsınız.
Şir
Əsas vaxtınızı ev işlərinə sərf edəcək, uşaqlar və yaxın qohumlarınızın problemlərini təhlil etməyə çalışacaqsınız. Maliyyə məsələlərində bəzi çətinliklər istisna deyil. Lakin bunlar əhvalınızı pozmayacaq, işlərinizi davam etdirəcəksiniz.
Qız
Bu gün əhvalınız yüksək olsa da, bəzi məqamlar qanınızın qaralmasına səbəb olacaq. Buna görə də işlərinizi planlaşdırdığınız kimi həyata keçirə bilməyəcəksiniz. Yaxşı olar ki, istirahətə də vaxt ayırasınız.
Tərəzi
Gözləmədiyiniz bir xəbər ala bilərsiniz. Günün hadisələrinin inkişafı gözlədiyinizdən fərqli olacaq. Bunlar üzündən gərginlik keçirəcəksiniz. Xoşbəxtlikdən hisslə deyil, ağılla hərəkət etməyi üstün tutacaqsınız.
Əqrəb
Son dərəcə həssas, bir az da küsəyən olacaqsınız. Hadisələrdən təsirlənərək, qərarsız vəziyyətə düşəcəksiniz. Ancaq yoldaşlarınızın isti davranışları sizi rahatlaşdıracaq.
Oxatan
Bu gün böyük həvəslə çalışacaqsınız. Sevgilinizin sizə qayğısı mənəvi dayaq olacaq. Bugünkü addımlarınızı xanım yoldaşlarınız və qohumlar da dəstəkləyəcək.
Oğlaq
Işlərinizi əvvəldən planlaşdırğınız kimi davam etdirəcəksiniz. Həyata keçirmək istədiyiniz layihələrdə sürətlənmə olacaq. Amma bunun üçün özünüz də cəhdlərinizi artırmalısınız.
Dolça
Kompleks düşüncələr üzündən özünüzü yorğun və istəksiz hiss edəcəksiniz. Bu gün intellektual fəaliyyətinizin sürətli olmasına baxmayaraq, əhəmiyyətli detalları unuda bilərsiniz. Diqqətli olun.
Balıqlar
Uzaqlarda olan dostlarınızla aranızdakı əlaqələri inkişaf etdirəcəksiniz. Xoş fürsətlərlə qarşılaşacağınız da istisna deyil. Maliyyə məsələri üzrə işlərinizi sürətləndirməlisiniz.