David Bekham futbola qayıdır

Sabiq futbolçu Amerika profesional futbol liqası MLS komandalarından “Mayami”ni almaq niyyətindədir

İngiltərə yığmasının sabiq kapitanı David Bekham yenidən futbola qayıdır. Ancaq bu dəfə futbolçu kimi deyil, klub prezidenti kimi qayıda bilər. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Bekham Amerika profesional futbol liqası MLS komandalarından “Mayami”ni almaq niyyətindədir. 

İddialara görə, sabiq futbolçu klubu satın almaq üçün təxminən 25 milyon dolları gözdən çıxardıb.