Razi Nurullayev: «Seçkilərlə bağlı bu cür təpki iqtidara yaxşı heç nə vəd etmir»
İlham Əliyev tələsik inauqurasiya ilə saxta seçkiləri gündəmdən çıxarmaq niyyəti güdsə də, bu mövzu hələ də beynəlxalq aləmin diqqətindədir. ATƏT-in DSINB-nin seçkinin nəticəsi ilə bağlı verdiyi rəy, Avropa Parlamentinin seçkinin nəticələrini tanımamaq anlamına gələn qətnaməsi, ABŞ və Britaniyanın bu məsələdə tutduğu mövqeyi, eyni zamanda ABŞ-ın ATƏT-dəki missiyasının seçkiyə müsbət rəy vermiş müşahidəçilərdən Avropa Şurası baş katibinə şikayət etməsi göstərir ki, beynəlxalq aləmin Azərbaycandakı seçkilərlə bağlı vahid mövqe tutub.
Nəzərə almaq lazımdır ki, ATƏT-in yekun hesabatı hələ açıqlanmayıb və bu hesabatın da sərt olacağı gözlənilir. Dünyanın aparıcı dövlətlərinin başçılarının, beynəlxalq qurumların Ilham Əliyevi təbrik etməməsi, seçkiyə müsbət rəy verən avropalı deputatların öz ölkələrində qınaq obyektinə verilməsi onu deməyə əsas verir ki, bu seçkilərin nəticələri ümumiyyətlə tanınmaya bilər. Eyni zamanda Azərbaycan hakimiyyətindən təkrar seçkilər tələb edilə bilər.
Beynəlxalq aləmin bu vahid mövqeyi Azərbaycan hakimiyyətinə nə vəd edir?
Polioloq Razi Nurullayev Azərbaycanda keçirilən seçkilərlə bağlı bu cür təpkinin iqtidar üçün yaxşı heç nə vəd etmədiyini deyir. Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsində göstərilirdi ki, ATƏT-in tövsiyyələri yerinə yetirilənə qədər ölkəmizlə strateci tərəfdaşlıq şübhə altına alınır. Yəni Azərbaycan ATƏT-in tövsiyyələrində irəli sürülən müddəaları tam olaraq yerinə yetirməlidir. Bu müddəaların da yerinə yetirilməsi Azərbaycanın demokratikləşməsi, seçki mühütinin yaradılması, azad və demokratik seçkilərin keçirilməsi üçün şəraitin yaradılması deməkdir. Əgər hakimiyyət bunu etməsə, seçkilərin nəticələri tanınmayacaq.
Ekspertin sözlərinə görə, Azərbaycanı çətin sınaq gözləyir. Çünki Azərbaycanın beynəlxalq aləmdə əhəmiyyəti azalmaqdadır. ABŞ-la Iran arasında müəyyən istiləşmə var. Bu istiləşmə ondan xəbər verir ki, təhlükəsizliy baxımından Azərbaycanın ABŞ üçün önəmi itir və münasibətlərdə daha çox insan hüquqları və demokratiyaya yer veriləcək.
Fizzə


