“Neftçi”nin yeni baş məşqçisi

“Neftçi” PFK-nın yeni baş məşqçisi Nazim Süleymanovla rəsmi müqavilə imzalanıb. Klubun saytında yer alan məlumata görə, bu gün “Neftçi” PFK-nın bazasında komandanın yeni baş məşqçisinin təqdimat mərasimi keçirilib.
Klub prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə baş tutmuş görüşdə Nazim Süleymanov komanda üzvlərinə təqdim edilib. Yeni baş məşqçinin köməkçisi isə Səmədağa Şıxlarov olacaq.