Insanlıq tarixi qədər qədim musiqimiz…

Aşıq-ozan sənətindən başlanan yol

Azərbaycan mədəniyyətinin mühüm bir qolu olan milli musiqimiz uzun inkişaf yolu keçmişdir. Yüz illərdən günümüzə yol gələn gözəl musiqimiz hər yeni nəslin timsalında cilalanmış, zənginləşmiş və yeni məzmun qazanmışdır. 

Azərbaycan musiqisi haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra abidələrdən – Qobustan (e.ə. XVIII-III minilliklər) və Gəmiqaya (e.ə. III – I minilliklər) qaya rəsmlərindən alınmışdır. “Kitabi-Dədə Qorqud”da (VII yüzil), Nizaminin, Füzulinin əsərlərində orta əsrlərin musiqi həyatı, musiqi canrları, musiqi alətləri barədə zəngin məlumat verilmişdir. Azərbaycanın Səfiəddin Urməvi (XIII əsr), Əbdülqadir Marağayi (XIV əsr), Mirzəbəy (XVII əsr), Mir Möhsün Nəvvab (XIX əsr) kimi məşhur alimlərinin risalələrində orta əsr musiqi mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsi açıqlanmış, Azərbaycan musiqisinin nəzəri problemləri işlənilmişdir.ÿ

Aşıq-ozan sənəti Azərbaycan musiqi tarixinin ilk mərhələsi sayılır. Öz yaradıcılığında müğənni sənətkarlığı ilə şair, bəstəkar yaradıcılığını birləşdirən aşıq-ozan sənəti janr və forma zənginliyi ilə musiqi janrının əsasını təşkil edir.

Klassik musiqi xəzinəmiz olanÿmuğamlarÿmilli musiqi mədəniyyətimizin çox önəmli bir qoludur. Xanəndələr və sazəndələrin yaradıcılığında zəngin klassik irs olan muğamlar inkişaf edərək musiqi mədəniyyətimizi daha da zənginləşdirmişdir. XIX əsr Azərbaycan musiqi sənəti tarixinin görkəmli simaları Səttar, Hacı Hüsü, Məşədi Isi,ÿƏləsgər Şirin, tarzən Sadıqcan və başqaları, XX əsrin əvvəllərində isəÿCabbar Qaryağdıoğlu,ÿMəşədi Cəmil Əmirov,ÿSeyid Şuşinski,ÿKeçəçi oğlu Məhəmməd,ÿMəşədi Məmməd Fərzəliyev,ÿIslam Abdullayev və başqalarının adları xüsusi qeyd olunmalıdır.

Xan Şuşinski,ÿZülfü Adıgözəlov,ÿHaşım Kələntərli,ÿHüseynqulu Sarabski,ÿHəqiqət Rzayeva,ÿSürəyya Qacar,ÿFatma Muxtarovaÿvə başqaları XX əsrin əvvəllərində musiqi mədəniyyətimizin inkişafında xüsusi rolu olan məşhur xanəndələrdir. Məşhur tarzən Qurban Pirimov,ÿMənsur Mənsurov,ÿƏhməd Bakıxanov,ÿBəhram Mənsurov ÿvə başqalarının adları da həmin dövr musiqi mədəniyyəti tariximizdə özünəməxsus yer tutur. 

Musiqimizin yeni səhifəsi… 

Azərbaycan ÿmusiqisinin tarixində çox mühüm bir mərhələ XX əsrə aiddir. Azərbaycanda yüksək peşəkarlığı, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi məhz bu dövrdə yaranmışdır. Dahi bəstəkarımız, professional klassik musiqimizin banisiÿÜzeyir Hacıbəyovunÿ 1908-ci ildə yanvarın 8(25)-də tamaşaya qoyulmuş “Leyli və Məcnun” muğam operası milli opera sənətinin və Azərbaycanın bütün professional bəstəkarlıq yaradıcılığının inkişafının əsasını qoymuşdur. “Leyli və Məcnun” operası təkcə Azərbaycanda deyil, bütün müsəlmanÿ Şərqində ilk opera idi. Üzeyir Hacıbəyov isə  tariximizə Azərbaycan musiqi mədəniyyətinin klassiki, onun yeni mərhələsinə təkan vermiş, milli musiqi ənənələriniÿ Avropa ÿmusiqisinin qanunauyğunluqları ilə ilk dəfə üzvi surətdə birləşdirmiş dahi sənətkar kimi daxil olmuşdur. Azərbaycan professional musiqi yaradıcılığının inkişafı, yeni musiqi janrlarının meydana gəlməsi,  professional musiqi kollektivlərin yaranması məhz Üzeyir Hacıbəyovun adı ilə bağlıdır.

30-cu illərin sonu, 40-cı illərin əvvəllərində Azərbaycan musiqisində yeni bəstəkarlar nəsli yetişmişdir. Bu dövrdə Azərbaycan musiqisi artıq ölkə hüdudlarından kənarda böyük şöhrət qazanmışdır. Bu uğurun qazanılmasında üç dahi sənətkar -ÿQara Qarayev, Fikrət Əmirov və Niyazinin xidmətləri danılmazdır. Onların əsərləri dünyanın bir çox ölkələrində səsləndirilmiş, disklərə yazılmış və mükafatlara layiq görülmüşdür. “Cəvahirləl Nehru”, “Bela Bartok adına medal” və bir sıra beynəlxalq mükafatlara layiq görülən Niyazi dövrümüzün böyük dirijorları sırasına daxildir.

Opera və balet Azərbaycan bəstəkarlarının çox müraciət etdikləri janrlar olmuşdur. A.Məlikovun “Məhəbbət əfsanəsi”, F.Əmirovun “Nəsimi haqqında dastan”, “Min bir gecə” baletləri bütün dünyada geniş şöhrət qazanmışdır.

Azərbaycan bəstəkarları – Qara Qarayev, Əfrasiyab Bədəlbəyli, Fikrət Əmirov, Niyazi, Arif Məlikov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Azər Rzayev, Rauf Hacıyev, Firəngiz Əlizadə, Aqşin Əlizadə, Fərəc Qarayev, Rəhilə Həsənova və başqalarının əsərləri XX əsr dünya musiqi sənətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. 

Azərbaycan caz musiqisinin inkişafında bəstəkar və pianoçu V.Mustafazadənin müstəsna rolu olmuşdur. V.Mustafazadə təşkil etdiyi “Sevil” və “Muğam” ansambllarının rəhbəri olmuş, 8-ci Beynəlxalq caz müsabiqəsində (Monte-Karlo, 1978) 1-ci mükafata layiq görülmüşdür.ÿ

30-40-cı illərdə Azərbaycan musiqisindəÿ Səid Rüstəmov və ÿTofiq Quliyev kimi professional mahnı ustaları meydana gəlmişdir. S. Rüstəmov “Alagöz”, “Qurban adına”, “Gəlmədin”, “Sürəyya”, “Oxu tar” və s. gözəl mahnıları, “Beşmanatlıq gəlin”, “Durna”, “Rəisin arvadı” musiqili komediyalarını  yaratmışdır. T.Quliyevin Azərbaycan xalq musiqisi ənənələrindən, habelə Avropanın estrada və caz musiqisindən qidalanmış – “Sənə də qalmaz”, “Qızıl üzük”, “Bəxtəvər oldum”, “Bakı haqqında mahnı”, “Zübeydə” və b. populyar mahnıları Azərbaycan musiqisinin mahnı yaradıcılığında gözəl nümunələrdir.

Müasir dünyanın səsləri sırasında… 

Azərbaycan musiqisində xor musiqisinin də xüsusi çəkisi vardır. Xor musiqisinin inkişafında mühüm rol oynamışÿ Cahangir Cahangirovÿ”Arazın o tayında” vokal-simfonik poemasının, “Füzuli” və “Nəsimi” kantatalarının, “Sabir” və “Hüseyn Cavid-59″ oratoriyalarının müəllifidir. O, həmçinin ”Azad” və “Xanəndənin taleyi” operaları, dram tamaşaları, kinofilmlərə musiqi, müxtəlif instrumental əsərlər bəstələmişdir.

Azərbaycan operettalarının da musiqi mədəniyyətimizdə rolu danılmazdır. 

Süleyman Ələsgərovÿ”Ulduz”, “Milyonçunun dilənçi oğlu” və digər operettaların müəllifi kimi tanınır. O, eyni zamanda  “Sərvi-Xuramanım mənim”, “Vətənimdir”, “Neylərəm” kimi gözəl mahnı və romansların, “Bayatı-Şiraz” simfonik muğamın və başqa əsərlərin müəllifidir.

Azərbaycan musiqisində ifaçılıq məktəbi də xüsusi yer tutur. Milli musiqimizdə klassik opera ifaçılıq məktəbinin baniləriÿ Şövkət Məmmədovaÿ vəÿ Bülbüldür. Şövkət Məmmədova milli opera səhnəmizdə çıxış edən ilk qadın müğənni olmuşdur. Bülbül sənətinin möcüzəsi onun milli vokal üslubunun italyan vokal ənənələri ilə üzvi surətdə birləşməsidir.ÿAzərbaycanÿvokal məktəbinin şanlı yetirmələri sırasındaÿ Firəngiz Əhmədova,ÿ Fatma Muxtarova,ÿLütfiyar Imanov, Şövkət Ələkbərova,ÿ Rəşid Behbudovunÿadları vokal sənəti tarixində, Həqiqət Rzayeva, Rübabə Muradova, Məmmədağa Muradov,ÿ Zeynəb Xanlarova ÿmuğam ifaçılığında layiqli yer tuturlar. Fidan və ÿXuraman Qasımovaÿ bacıları müasir Azərbaycan opera sənətinin ən parlaq nümayəndələridir. 

Milli mədəniyyətimizdə instrumental ifaçılıq sənəti də geniş inkişaf etmişdir. Azərbaycan fortepiano məktəbinin peşəkarları sırasında  beynəlxalq müsabiqələr laureatı Fərhad Bədəlbəylinin adını çəkmək olar. Azərbaycan musiqisində görkəmli yer tutmuş pianoçuÿ Kövkəb Səfərəliyevadan gələn ənənəni davam etdirmiş milli fortepiano ifaçılığının digər nümayəndələri sırasında Rauf Atakişiyev, Elmira Nəzirova, ÿElmira Səfərova ,ÿSimuzər Quliyeva, Zöhrab Adıgözəlzadə, Murad Adıgözəlzadə ÿvə başqalarını göstərmək olar.

Azərbaycanda ÿskripka ÿifaçılığının mahir nümayəndələri sırasında isəÿ Azad Əliyev,ÿ Sərvər Qəniyevÿ kimi ifaçılar nəinki ölkəmizdə, hətta onun hüdudlarından kənarda da fəxri yerlər tutmuşlar.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir