Günün ulduz falı (25.10.2013)

QOÇ

Bu gün özünüzü daha yaxşı hiss edəcəksiniz. Gərginlik keçirəcəyiniz də istisna deyil. Maraqlı inkişaflara asan adaptasiya olacaqsınız. Gələcəyə bağlı çox dəyişik istəklər baş qaldıracaq.

BUĞA

Birdən çox mövzuyla maraqlanmaq məcburiyyətində qalacaq və bunun nəticəsində diqqətiniz dağılacaq. Dalğınlıq və unutqanlıqlar üzündən çətinliklər də olacaq. Yoldaşlarınızın söylədiklərini səhv anlaya bilərsiniz. 

ƏKIZLƏR

Bu gün qarşılaşacağınız bəzi hadisələr duyğularınızı hərəkətə keçirəcək. Küsəyən və narahat olacağınız gündür. Işlərinizi davam etdirərkən qarşılaşdığınız problemlərin üzərində dayanmamağı öyrənin. Şəhər xaricinə çıxa, uzun səfər edə bilərsiniz.

XƏRÇƏNG

Yaxınlarınızın problemləriylə maraqlanmaq üçün əlverişli gündür. Ümumilikdə gün ailə-məişət məsələlərinin həlli üçün münasibdir. Bunun üçün xeyli zamanınız olacaq. Romantik  münasibət də istədiyiniz kimi olacaq.

ŞIR

Uzun zamandır görmədiyiniz köhnə dostlarınızdan biri ilə qarşılaşacaq, birlikdə çox xoş vaxt keçirəcəksiniz. Duyğularınızı açıq ifadə edəcək, sevgilinizlə birlikdə dəvətlərə qatılacaq, yeni dostlar və yoldaşlar qazancaqsınız. 

QIZ

Ev tənzimləmə, yerdəyişmə və ya yeniliklər etmək istəyi baş qaldıracaq. Qatılacağınız dəvətlərdə spirtli içkilərə, ağır yeməklərə aludə olmayın. Bu gün özünüzü və yaşadığınız situasiyanı bir daha gözdən keçirin.

TƏRƏZI

Hadisələrin inkişafı sizi məmnun edəcək. Rahat olacaq, işlərinizi istədiyiniz kimi, yəni əvvəldən planlaşdırdığınız kimi davam etdirəcəksiniz. Dostlarınızla əlaqələriniz möhkəm olacaq. Onların dəstəyini almağa davam edəcəksiniz.

Əqrəb

Işləriniz son dərəcə çoxdur. Ancaq nə olursa olsun özünüzə bunu dərd etməyəcəksiniz. Bu əhvalınız işlərinizi asanlaşdıracaq. Xoş təkliflərlə qarşılaşa bilər, fürsətləri dəyərləndiməyi bacara bilərsiniz. 

OXATAN

Bu gün alacağınız bir xəbər sizi rahatlaşdıracaq. Sevgilinizlə aranızda yaşanan problemləri çox şişirdəcəksiniz. Bir az daha anlayışlı və sakit olmağa diqqət göstərməlisiniz.

OĞLAQ

Problemlərin öhdəsindən gələcəksiniz. Bu gün dəvət və yığıncaqlara qatıla bilər, dostluq əlaqələrinizi gücləndirə bilər, yeni yoldaşlarla tanış ola bilərsiniz. Bu yolla da pessimist duyğularınızdan uzaqlaşacaqsınız.

DOLÇA

Eşidəcəyiniz bir xəbər canınızın sıxılmasına səbəb olacaq. Başınız qarışacaq, ancaq  əhvalınız yüksək olacaq. Sevdiyiniz şəxslə aranızdakı əlaqənin daha sıx və isti olması sizin əlinizdədir. Fikirlərinizi bir daha düşünmədən söyləməyin.

BALIQLAR 

Böyük istəklər üzündən məsuliyyətiniz çoxalacaq. Təbii, bu vəziyyət gərginlik hiss etmənizə səbəb olacaq. Sıx işlərinizin arasında özünüzə zaman ayırmalı, istirahət etməyə laqeyd yanaşmamalısınız.