Mətləb Mütəllimli matlabmutallimli@mail.ru
Keçmiş təhsil nazirini öldürdülər
“Qisas xırda və cılız qəlbli insanların həzz mənbəyidir”
“Turan” agentlitliyinin məlumatına görə, Ə.Insanov məhkəmə iclasında hakimiyyəti keçmiş təhsil naziri Rafiq Feyzullayevi qətlə yetirməkdə ittiham edirdi. O, məhkəmədə demişdir: “Vaxtilə təhsil naziri olmuş Rafiq Feyzullayev mənə Fatma Abdullazadə və Məleykə Abbaszadənın əməlləri barədə danışmışdı. Onu həbs edəndən sonra öldürdülər. Adını da qoydular ki, guya ürəyindən ölüb. Onun ürəyiÿ tam sağlam idi. Onu mən müayinə etmişdim. Rafiq Feyzullayevi bu çirkin rejim öldürdü”. Keçmiş naziri çoxları kimi mən də tanıyırdım. Sadə, səmimi qəlbli bu insanı çoxları sevir, hörmətÿbəsləyirdi. Heyif, Rafiq müəllimdən, yiyəsi olmadı və qanı beləcə batdı.
80 ilə bərabər 8 illik işgəncə
“Tufan palıd ağacını məcbur edir ki, daha dərinə kök atsın”
Məhkəmənin qurama, saxta hökmü ilə keçmiş səhiyyə naziri Əli Insanova əmlakı müsadirə edilməklə 11 il iş verildi. Cəzaçəkmə yerlərindəki dərəbəylikdən, özbaşınalıqlardan, az qala havanın da pullu olmasındanÿaz-çox məlumatı olan şəxs kimi təsəvvür etmək çətin deyil ki, vəzifəsinə görə ölkənin birinci şəxsi hesab edilən prezidentə qarşıÿ 8 il belə prinsipal mövqe sərgiləyən, eyni zamanda səhhətində ciddi problemlər olan yaşlı insan hansı məşəqqətlərdən keçmişdir.ÿHəm də ki, bir vaxtlar cəzaçəkmə yerlərində özünü ədalət tərəfdarı kimi bizə sırıyıb cəmiyyətin, beynəlxalq təşkilatların dəstəyi ilə çölə çıxan, sonra da bu rejimin süfrəsindən yallanaraq onlara “şirin-şəkər etiraflar” edib (yaltaqlanıb), bizə hürənləri görəndə bu insanın sınmazlığı, məğrurluğuÿəvəzsizdir. Nə yaxşı ki, Qurban Məmmədov var, Hilal Məmmədov var, Əvəz Zeynallı var, Tofiq Yaqublu var, Zaur Qurbanlı var, şərlənərək həbs edilən saymaqla qurtarmayan yüzlərlə siyasi məhbuslar var, Sizlər varsınız! Nəhayət, bu həm də o deməkdir ki, Azərbaycanı öz şəxsi koloniyası hesab edən Ilham Əliyev bütün inzibati resurslarını işə salsa belə, heç də hamını dizinə vurub sındırmağı bacarmır.
Nə yaxşı ki, Avropa Məhkəməsi var
“Haqq nazilər, üzülməz”
Avropa Insan Haqları Məhkəməsi 2013-cü il martın 14-də Əli Insanovun işi ilə bağlı qərarını elan edib və qərar iyunun 14-də qüvvəyə minib. Qərarda deyilir ki, keçmiş nazirin Avropa insan Hüquqları Konvensiyasında zəmanət verilmiş hüquqları onun uzun müddət ağır şəraitdə saxlanması ilə pozulub. Belə ki, Ə.Insanov 178 nəfərlə birlikdə barakda saxlanılır. Bir məhbusa cəmi 1,76 kv m düşür, halbuki Avropa Penitensiar Qaydalarına əsasən, bu göstərici 7 kv m olmalıdır. Onun saxlandığı yer rütubətlidir və az işıqlandırılır. Məhkəmə Ə.Insanovun ədalətli mühakimə hüququ haqqındaÿiddiasını da təmin edib və ona qarşı işgəncə faktını(!) təsdiq edib.
Bunlar Avropa Məhkəməsini də saymırlar
“Cəsur ruhlu insanlar müvəqqəti məğlubiyyəti böyük qələbəyə çevirməyi bacarırlar”
Azərbaycan qanunvericiliyinə görə, Avropa Məhkəməsinin qərarı daxil olduqdanÿsonra 3 aydan gec olmayaraq Ali Məhkəmənin Plenumuÿ çağırılmalı, qəbul olunmuş qərar danışıqsız icra edilməlidir. Təəssüf ki, özləri demiş, anoloqu olmayan Azərbaycan hökuməti bir çox hallarda bu qərarları da icra etmir. 2 il keçməsinə baxmayaraq Avropa Məhkəməsinin Fərhad və Rafiq Əliyev qardaşları haqqındaÿ qərarı icra edilmədi. Qardaşlardan fərqli olaraq, Əli Insanov Avropa Məhkəməsinin qərarını Plenuma çıxarmadığına və onu girovluqdan azad etmədiyinə görə Ali Məhkəmənin sədri Ramiz Rzayevin özünü məhkəməyə verdi. Keçmiş səhiyyə nazirinin 8 il müddətində ruhdan düşmədən mübariz ruhlu, alqışa layiqÿvəkillərinin dediyinə görə, Ali Məhkəmənin plenumu Avropa Məhəməsinin qərarına uyğun olaraq Ə.Insanov barəsində ittiham hökmlərini ləğv etməli, onu azad etməli və hökumətÿona kompensasiya ödəməlidir.
Zindandan Milli Şuraya dəstək
“Hər kəs düşməndən bir dəfə artıq nəfəs alıb ölürsə, o ölümü xoşbəxtÿ hesab etmək lazımdır”
Azərbaycanda fəaliyyət göstərən, xalqın gələcək taleyinə görə narahat olan müxalif qüvvələrin, birliklərin, təşkilatların birgə yaratdığı Milli Şuraya zindandan da dəstək gəldi. 8 il ölümlə üz-üzə dayanan, lakin heç vaxt sınmayan, zülmə, şərə baş əyməyən keçmiş səhiyyə naziri vəkilləri vasitəsi ilə mətbuata göndərdiyi müraciətdə bildirdi: “Hesab edirəm, Milli Şuranın yaradılması demokratiya uğrunda görüləcək işlərin başlanğıcı və çox mühüm bir mərhələsidir. Prosesi diqqətlə izləyirəm. Milli Şuraya xalqımızla birgə uğurlar arzulayıram”.
Hakimiyyət təşviş içində
“Cəlladlarla tiranın bircə fərqi var, cəlladlar caniləri öldürürlər, tiranlar isə günahsızları”
Əli Insanov Qərbi Azərbaycandan olan soydaşlarımız arasında böyük nüfuz sahibidir. Hətta hakimiyyətdə bu regiondan olan məmurlar keçmiş nazirə indinin özündə də simpatiya bəsləyirlər. Iqqtidarda belə hesab edirlər ki, Ə.Insanovunÿ Milli Şuraya dəstək verməsi böyük bir kontingentin demoratik qüvvələrin yanında olması deməkdir. Bu regiondan olan, özünü lider hesab edən, əslində isə sabiq nazirlə müqayisəolunmaz dərəcədə aşağı səviyyədə olanlar da bunu pis başa düşmürlər və narahat olmaya bilmirlər. Onlar bunu yaxşı bilirlər ki, zindanda, dörd divar arasında şərə təslim olmayan Ə.Insanov azadlığa çıxdıqdan sonra, necə deyərlər, onların gününü göy əsgiyə düyünləyəcək…
Kişi adam idi…
“O ÿdövlət qüdrətlidir ki, onun vətəndaşları şaha itaət edir, şahları da qanuna”
Heç kəs dana bilməz ki, Ə.Insanovun nazir olduğuÿmüddətdə səhiyyə sistemində nöqsanlar, qanun pozuntuları, cinayətlər olmamışdır. Əgər bunun bir səbəbiÿnazirlik rəhbərliyinin günahı idisə, digər başlıca səbəbi rejimin xislətində idi. Yəqin ki, dünyanın heç bir ölkəsinin rəhbərləri nazirə, komitə sədrinə öz hesabına məktəblər, xəstəxanalar, körpülər tikdirib dövlət büdcəsindən bu sahələr üçün ayrılmış vəsaitiÿ basıb yemirlər. Bu qanunsuz tapşırıqları yerinə yetirən vəzifəli şəxslər də vəzifədə qalmaq, yuxarılara “haqq” çatdırmaq, eləcə də özlərinə qazanc götürmək üçün rüşvət mənbələri axtarırlar.
Ağası gülüm olanın…
“Köhnə yurdun qədrini təzə yurdda bilərlər”
Ə.Insanovdan sonra səhiyyədə vəziyyət yaxşılaşıbmı, rüşvət yığışıbmı? Əksinə, vəziyyət daha da pisləşdi. Rüşvətin miqyası, istisnasız olaraq bütün sahələrdə olduğu kimi burda da qat-qat artdı, səhiyyə xidməti bərbad günə qaldı. Əgər indi Azərbaycanda xəstələrin yarısını xəstəlik qırırsa, qalan yarısını da həkimlər qırır. Indiyə qədər söhbət etdiyimiz həkimlərin, demək olar, hamısı keçmiş nazir haqqında bir söz deyir: “Əli Insanov kişi adam idi”. Ona görə yox ki, indi həkimlərin yuxarı verdiyi haqlarının məbləği astronomik həddə çatıb, həm də ona görə ki, səhiyyə ocaqları hüquq mühafizə orqanlarının oylağına çevrilib, müalicə üçün ÿxəstədən 100 manat istəyən həkimlər qatı rüşvətxor kimi həbs edilirlər. Halbuki, ölkədə 100 milyon manat rüşvətÿ alanlar hüquq mühafizə oranları rəhbərləriin gözünə girir, “görmürlər”. Çünki onların özlərinin də başıÿ bu iyrənc işə möhkəm qarışıb. Ə.Insanovun zamanında isə bir nəfərÿdə cürət edib səhiyyəyə yersiz burnunu soxa bilməzdı.
Xalqa, tərəfdarlarına müraciət
“Alınıb-satılan qulu öz qarnının qulu olan adamdan daha azad hesab et”
Son 20 ildə ilk dəfə demokratik qüvvələrin birləşdiyi Milli Şura Azərbaycan Respublikası Prezidentliyinə öz vahid və layirli namizədini – Cəmil Həsənlini seçdi. Bu zaman keçmiş səhiyyə nazirinin mövqeyi də özünü çox gözlətmədi. Ə.Insanov da C.Həsənlini dəstəkləyən bəyanatla çıxış etdi. “9 oktyabr 2013-cü il prezident seçkilərində Milli Şuranın irəli sürdüyü namizəd professor Cəmil Həsənlini dəstəkləməyə çağırıram. Mən onu 1990-cı ildən tanıyıram. O, təkcə Milli Şuranın deyil, iqtidardan narazı olan bütün xalqın namizədidir. Buna görə Azərbaycan xalqını Cəmil Həsənliyə səs verməyə çağırıram”. Seçkidən sonra mətbuataÿ açıqlama verən keçmiş səhiyyə nazirinin vəkilləri bildirdilər ki, o, Cəmil Həsənliyə, xalqın həqiqi namizədinə səs vermişdir.
Bir neçə gündən sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Avropa Məhkəməsinin Əli Insanovla bağlı qərarına baxacaq. Qanuna görə, Plenum qeyd-şərtsiz ÿonuÿ girovluqdan azad etməlidir. Lakin Azərbaycan məhkəmələrində dirijor çubuğu ilə idarə edildiyini bilən hər kəs sual verir ki, yenə yuxarıdan, birinci şəxsdən siyasi sifariş olacaqmı?
Allah qapını açsın, cənab Akademik!


