“Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev Azərbaycanda fəaliyyət göstərən bəzi Qərb ölkələri səfirliklərinin təmsilçilərilə görüşüb.
Görüş zamanı son dövrlərdə “Azadlıq”a qarşı gücləndirilmiş təzyiq kampaniyası müzakirə olunub. Qəzetin problemləri barədə diplomatlara ətraflı məlumat verilib.
Qeyd edək ki, görüşdə ABŞ, Böyük Britaniya, Fransa, Norveç səfirlikləri və Avropa Ittifaqının Bakıdakı nümayəndəliyinin təmsilçiləri iştirak edib.


