Fərhad Əliyevə 3 qadağa

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev müəyyən şərtlər daxilində azadlığa buraxılıb. Bu barədə qəzetimizə məlumat verən mənbə bildirib ki, hakimiyyət onların qarşısına 3 şərt qoyub.

Bunlardan biri Əliyev qardaşlarının heç bir mətbuat orqanına siyasi mahiyyət daşıyan açıqlama verməmələridir. Onlar hətta həbs olunmaları barədə danışa bilməzlər. Başqa bir şərt Azərbaycandan kənara çıxmamaları ilə bağlıdır. Əliyev qardaşlarına bildirlib ki, onlar heç bir halda ölkəni tərk edə bilməzlər. Üçüncü şərt isə Əliyev qardaşlarının hansısa siyasi partiyaya qoşulmamaları və özlərinin ictimai-siyasi təşkilat yaratmamaları ilə bağlıdır.

Məlumatda o da qeyd olunur ki, Əliyev qardaşlarına bizneslə məşğul olmağa müəyyən imkanlar tanınıb.