Günün ulduz falı (22.10.2013)

QOÇ

Səhər saatlarında hissləriniz gərgin olsa da axşama doğru azalacaq. Xəbərlər və hadisələrdən təsirlənəcəksiniz. Xanım yoldaşlarınızın problemləriylə maraqlanarkən şübhəli davranışlar göstərməyin. Pulu gərəksiz əşyalara xərcləməyin.

BUĞA

Gəlir mözusunda işlərinizi sürətləndirəcəksiniz. Bu vaxt diqqətinizi dağıdacaq mövzular çıxa bilər və birdən çox işlə məşğul olmaq məcburiyyətində qala bilərsiniz. Yaxud da yaxınlarınızın problemləri üzündən fikriniz dağıla bilər.

ƏKIZLƏR

Pulla bağlı məsələlərdə səbirsizlik nümayiş etdrəcəksiniz. Sövdələşmələrdə şərtlərinizi qəbul etdirə bilərsiniz. Anlayışlı davrana biləcəyiniz halda hirsli ola bilərsiniz.

XƏRÇƏNG

Ünsiyyət zamanı hissləriniz qabaracaq. Yaxşı olar ki, ağılınıza gələn fikirləri açıqlayın, dostlarınızdan kömək istəyin. Işləriniz uğurlu olacaq.

ŞIR

Pulla bağlı problemləri çox şişirtməyin. Işlərinizi davam etdirərkən rahat və sakit davranmağı bacaracaqsınız. Pessimist düşüncələrdən uzaq durun. Şübhəçi və gərgin davranışlarınızla yaxınlarınızın qəlbini qıra bilərsiniz.

QIZ

Ictimai və mədəni baxımdan məhsuldar bir gündür. Dəvətlər, yığıncaqlarda iştirak edəcəyiniz istisna deyil. Özünüzə olan inam yüksək olacaq. Sevgilinizlə aranızdakı isti münasibət davam edəcək.

TƏRƏZI

Bu gün özünüzü güclü və yaxşı hiss edəcəksiniz. Maliyyə məsələlərini rahat şəkildə yerinə yetirə bilərsiniz. Gün boyu əhatənizdəkilərə qarşı anlayışlı davranacaqsınız.

ƏQRƏB

Yoldaşlarınızın dəvətini qəbul edə bilər, diqqətinizi fərqli mövzulara yönəldə bilərsiniz. Qərar vermək lazım olan mövzularda tələsməyin. Enerjinizdən düzgün istifadə edə bilərsiniz.

OXATAN

Gərgin gündür. Yeni addımlar atmaq, hərəkətə keçmək olar. Ancaq bu vaxt əhəmiyyətli qərarlar vermək sizə çətin gələcək.

OĞLAQ

Bu gün özünüzü çox yaxşı hiss edəcək və yeni planlar üzərində işləyəcəksiniz. Kömək istəyə biləcəyiniz kəsləri arayın. Bu gün dəvət və yığıncaqlara qatıla bilərsiniz. 

DOLÇA

Bu gün diqqətinizin bir az dağınıq olduğunu unutmayın və yazılı razılaşmalar edərkən ehtiyatı olun. Yoldaşlarınızla aranızda yaşanan anlaşılmazlıqları böyütməyin. Mübahisəli məsələlərdən uzaq qaçın. 

BALIQLAR 

Bir az pessimist və romantik ola biləcəyiniz bir gündür. Bəzi xəbərlər üzündən həyəcanlana və romantik reaksiyalar sərgiləyə bilərsiniz. Lakin yenə də məntiqli davranmağı bacaracaqsınız. Intelektual fəaliyyət baxımından əlverişli gündür.