“Galatasaray” Dani Alveşi almaq istəyir

Barcelonalı ulduz üçün İstanbul klubu 20 milyon avro ödəməyə hazırdır

“Galatasaray” klubu Dani Alveşi transfer etmək istəyir. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Barcelonalı ulduz üçün İstanbul klubu 20 milyon avro ödəməyə hazırdır. Ara transferdə “Galatasaray”ın 30 yaşındakı brazilyalı müdafiəçiyə təklif göndərəcəyi iddiası türk mətbuatında böyük marağa səbəb olub. İddialara görə “cimbom” bu oyunçunu transfer edərək dünya mətbuatının diqqətini çəkmək istəyir.

 

Qeyd edək ki, İngiltərə və Brazilyadan təkliflər alan Alveşin Barselona ilə hələ 2015-ci ilə qədər müqaviləsi var.