Bakı Metropoliteninin stansiyalarında “Azadlıq”, “Yeni Müsavat”, “Bizim Yol” və “Gündəm” qəzetlərinin satışına qadağa qoyulub. Qadağa qeyri-rəsmidir və kimdən gəldiyi, eləcə də səbəbi dəqiq bəlli deyil.
Bakı Metropoliten İdarəsinin rəisi Tağı Əhmədovla əlaqə saxlayan qəzetçilər öyrəniblər ki, o, hazırda ölkədə deyil, Tiflisdədir. T.Əhmədov bildirib ki, qəzetlərin stansiyalarda satışına qadağa qoyulması barədə heç bir göstəriş verməyib və gələn həftənin birinci günü Bakıya qayıtdıqdan sonra bu məsələni araşdıracaq.
Qəzetlərin daha çox və rahat satıldığı məkanlardan biri olan metrostansiya köşklərində qəzet satışının yasaqlanması redaksiyalara külli miqdarda ziyan vurur.
Metroda 4 qəzetin satışına qadağa qoyuldu
•
•


