AXCP fəallarına qarşı təzyiqin yeni dalğası

AXCP Sabunçu rayon şöbəsinin üzvü Zaur Məmmədov dünən evinə gələn polislər tərəfindən saxlanılıb və məhkəmənin hökmü ilə 15 sutka inzibati qaydada həbs cəzasına məhkum edilib.

Bu barədə AXCP mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Zaur Məmmədovun guya, məhəllədə kimisə söydüyünə görə həmin şəxsin şikayəti əsasında cəzalandırıldığı bildirilir. Amma əslində, Zaur seçkidə və mitinqlərdə fəallıq göstərdiyi üçün cəzalandırılıb.

Zaurun anası onunla görüşmək istəsə də, polis ona icazə verməyib. Onu da əlavə edək ki, Zaur Məmmədov by gün hərbi xidmətə yola düşməli idi. 

AXCP Hacıqabul şöbəsinin üzvü Iqbal Dəmirov da seçki saxtakarlığına qarşı barışmaz, prinsipial mövqeyinə görə həbs olunub. O, dünən Hacıqabul şəhər Polis Şöbəsinə çağırılıb və ardınca məhkəmənin qərarı ilə 10 sutka həbs olunub.

Bundan başqa, AXCP Nəsimi şöbəsinin üzvü Füzuli Zeynalov da Yasamal Rayon Polis Idarəsinə çağırılıb.