Vaşinqtondan Mehdiyevə cavab

Amerikalı ekspert: “Bakının iradları qeyri-ciddidir” 

ABŞ Dövlət Departamenti bu məsələyə təfərrüatları diplomatik kanallarla dəqiqləşdirdikdən sonra reaksiya verəcək. PA-nınm rəhbəri Ramiz Mehdiyevin Vaşqintonun Azərbaycanda prezident seçkilərinə müdaxilə etməsi haqda ittihamına Turanın şərh vermək xahişinə Dövlət Departamentindəki mənbə bildirib. 

Burada söhbət özal olaraq R.Mehdiyevin ABŞ-ın müxalifət namizədinə 25% səs yazılması barədəki açıqlamasından gedir. 

Azərbaycanda sçeki prosesini izləyən və ABŞ hökumətinin keçmiş təmsilçisi Bakının iddialarını “yalan və qeyri-ciddi” adlandırıb. “Əgər Əliyev rejimi seçkiləri bu yolla legitinləşdirmək istəyirsə, bu doğru yol deyil” deyə mənbə bildirib. 

Rəsmi Bakının Vaşinqtona olan iddialarını şərh edən İndiana universitetinin professoru Martin Şpeşler Əliyev hökumətini daha şəffaf olmağa çağırıb.

“Əgər Əliyev seçkilərin etimadlı olmasına xidmət göstərmək istəyirsə beynəlxalq müşahidəçiləri dəvət etməli, bütün namizədlərə azadlıq təmin etməli və ölkənin gələcəyi haqda açıq diskussiyalar aparmalıdır”deyə M.Speşler qeyd edib.

“Əliyev rejiminin qeyri-demokratik olması hamıya məlumdur, bir çox səbəblərə və bizim sizin energi reusrslarından asılı omağımıza görə şübhə edirəm ki, ABŞ hökuməti bu haqda danışa bilər”deyə M.Speşler əlavə edib.