Demokratik dünyada seçki saxtalaşdırılması dövlət cinayəti sayılır. 2013-cü il oktyabrın 9-da daha bir seçkini saxtalaşdırmaqla, I.Əliyev daha bir DÖVLƏT CINAYƏTI törətdi. Indi bunu yalnız biz demirik, bütün demokratik dünya deyir: 2013-cü il oktyabrın 9-da Əliyevlər ailəsi daha bir seçkini saxtalaşdırmaqla daha bir dövlət cinayəti törədib. Beləliklə, Əliyevlər ailəsi seçki cinayəti yoluyla hakimiyəti əlində saxlayıb. Indi bunu hamı bilir: hakimiyətin əldən verilməsi Əliyevlərin 44 illik cinayətlərinin məhkəmə predmetinə çevrilməsi demək olardı. Hakimiyətin nəyin bahasına olur olsun qorunub saxlanmasının bir nədəni Xalqdan oğurlanan milyardları DAHA da artırmaq istəyidirsə, başqa bir nədəni 44 ildə, başlıcası da, son 20 ildə törədilmiş çoxsaylı cinayətlərdən yayınmaq istəyidir.
Hakimiyətə qayıdış sonucunda Tanrı ata Əliyevə qabaqkı suçlarını yumaq olanağı yaratmışdı. H.Əliyev siyasi suverenliyin qazandırdığı olanaqlardan yararlanaraq suçlarını daha da artırmaq, daha da qatılaşdırmaq yolu tutdu – özü də islamın məhək daşından – Kəbədən keçməklə! 10 il sonra Tanrı Ilham Əliyevə atasının, Əliyevlər ailəsinin suçlarını yumaq şansı qazandırdı. 10 il qabaq, “Başı əhlət daşına dəyib” deyə, ata Əliyevlə bağlı yanılanlar, 10 il sonra, “gənc, perspektivli lider”, oğul Əliyevlə bağlı yanıldılar. “Ata kursuna” bağlı qalan I.Əliyev heydərizm siyasi sistemini – ANTIMILLI, ANTIDEMOKRATIK sistemi – daha da gücləndirdi, daha da çiçəkləndirdi. Klançılıq axarında rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya kimi Ulusu, Dövləti yenən neqativ gərsənişlərin DÖVLƏT SIYASƏTI olaraq OTURUŞMASI sürəci baş verdi. Beləliklə, ölkədə demokratiyadan diktaturaya keçid dönməz xarakter aldı! AntiAzərbaycan xarakteri daşıyan heydərizm siyasi sisteminin qorunub saxlanması yalnız Əliyevlər ailəsinə deyil, eləcə də Azərbaycana düşmən dövlətlərə – Azərbaycanın dirçəlişini-yüksəlişini istəməyən güclərə gərək idi. Onlar hamısı Əliyevlərin seçki uğuruna çalışdılar, bu gün də çalışmaqdadırlar, sonadək də çalışacaqlar. Indilikdə bizim üçün ən ağrılısı Türkiyə hökumətinin Azərbaycana düşmən iç-dış güclərin sırasında yer alması, özü də öncül sırada yer almasıdır. Anqaradan AŞ PA-yadək antiAzərbaycan politikası yürüdən indiki Türkiyə hökumətinə biz bunu bağışlamırıq, bağışlamayacağıq!
Bütün qabaqkı illərdə olduğu kimi, I.Əliyevin seçkisonrası çıxışı da yalanlarla doludur. Bu çıxışdakı başlıca tezislərə ötəri də olsa toxunmaq gərəkir.
1. “Azərbaycan dövləti sosial dövlətdir və bu istiqamət prioritet olaraq qalacaq. Bizim siyasətimizin kökündə vətəndaşa qayğlı durur”. Bütünlüklə yalandır. Başında I.Əliyevin durduğu dövlət antisosial xarakter daşıyır. Doğal resurslarla dopdolu bu dövlətdə müəllim, həkim 150 manat, elmlər doktoru 300 manat, pensiyaçı 120 manat alır. Hakimiyətin korrupsioner-kriminal xarakter daşıması üzündən bu ölkədə siyasi hakimiyətə bağlı ANTIMILLI ÜNSÜRLƏRƏ yüksək yaşayış qarantiyası yaradılırkən yuxarıda sözügedən kateqoriyadan olanlara – Xalqın varlığına qarantiya yaradanlara – yalnız acından ölməmək “qarantiyası” yaradılb. Başlıca sosial instituların – təhsil, sağlamlıq sistemlərinin bütünlüklə rüşvətə büründüyü ölkədə “bizim dövlətimiz sosial dövlətdir” demək xalqı ələ salmaq, aldatmaq, alçaltmaq deməkdir.
2. “Korrupsiya və rüşvətə qarşı daha ciddi mübarizə aparacaq, qanunçuluğa təminat yaradacağıq”. Qabaqkı illərdə baş verənlər bir yana, Konstitusiyanı tapdayıb keçəndən, seçkini bütünlüklə saxtalaşdırmaqla özünü üçüncü yol prezident “seçdirəndən” sonra qanunçuluqdan danışmaq qanunçuluğa bir daha tüpürməkdir! Total monopoliya yoluyla Ölkədəki başlılca gəlir qaynaqlarına təkbaşına yiyələnəndən soinra rüşvətlə, korrupsiya ilə “mübarizədən” danışmaq… söz tapmaq çətindir!