Günün ulduz falı (15.10.2013)

QOÇ

Həm romantik, həm də işgüzar həyatınızda istəkləriniz xaricində çox fərqli və maraqlı dəyişikliklər ola bilər. Əhvalınızı yüksək tutun, hadisələrə bədbin yanaşmayın. Bugünkü xəbərlər əhvalınızı açacaq.

BUĞA

Bu gün alacağınız bəzi xəbərlər başınızı qarışdıracaq. Köhnə dostlarınızla unudulmuş mövzular ətrafında söhbət edəcəksiniz. Yaxınlarınızın problemlərilə maraqlanmaq yerinə düşər.

ƏKIZLƏR

Özünüzü son dərəcə güclü və yaxşı hiss edəcəksiniz. Əvvəldən çıxardığınız qərarların tətbiqi davam edəcək. Gəlir məsələsində işlərinizi sürətləndirəcəksiniz. Sevdiyiniz şəxsin sizinlə yaxından maraqlanması əhvalınızı yaxşılaşdıracaq.

XƏRÇƏNG

Daha qərarlı və sakit davrana biləcəyiniz bir gündür. Əhvalınızı pozan xırda məsələlər olsa belə, bunların üzərində dayanmayacaq, daha məntiqli davranacaqsınız. Gərəksiz yerə pul xərcləməyin.

ŞIR

Duyğularınızı hərəkətə keçirən xəbərlər alacağınız istisna deyil. Ancaq qərar vermək üçün tələsmək lazımdır. Əvvəldən qəbul etdiyiniz qərarları dərhal dəyişməyin. Uzaqlarda olan dostlarınızdan xəbər ala bilərsiniz.

QIZ

Səbrsiz olacaqsınız. Böyük gözləntiləriniz var və bunları reallaşdırmaq üçün hərəkətə keçə bilərsiniz. Ancaq inkişaf gözlədiyiniz kimi olmaya bilər. Bundan hirslənə bilərsiniz.

TƏRƏZI

Son dərəcə sakit olacaqsınız. Işlərinizi əvvəldən olduğu kimi davam etdirə bilər, bu mövzuda xanımların böyük dəstəyini ala bilərsiniz. Maliyyə məsələlərində yeni inkişaf meydana gəlir.

ƏQRƏB

Bəzi xəbərlər üzündən canınız sıxılacaq. Amma bədbinliyə qapılmağa dəyməz. Yaxınlarınıza qarşı bir az səbrli olun, hadisələri öz axarına buraxın.

OXATAN

Işləriniz artır və bu səbəbdən də işləri planlaşdırdığınız kimi davam etdirməyiniz çətin olacaq. Təbii, bunun nəticəsində gərəksiz enerji xərcləyib yorula bilərsiniz. Istirahətə vaxt ayırın.

OĞLAQ

Bu gün özünüzü daha yaxşı hiss edəcəksiniz. Pul baxımından çətinlikləriniz davam etsə belə, bunların öhdəsindən gələcək enerjiyə sahibsiniz. Yeni planlar qura, yaxınlarınızın dəstəyini ala bilərsiniz.

DOLÇA

Bu gün hisslərinizə nəzarət etmək sizə çətin gələcək. Ani qərar dəyişiklikləri ola bilər. Sevdiyiniz şəxsin diqqəti nəticəsində fikirlərinizi tənzimləməyi bacaracaqsınız.

BALIQLAR

Zehni fəaliyyətiniz yüksələrkən enerjinizin azalması təbiidir. Tez hirslənib özünüzdən çıxa bilərsiniz. Maliyyə məsələlərində işlərinizi sürətləndirəcək, şərtlərinizi dəyişəcəksiniz.