“DÇ-2014″ün seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası son matçını keçirib. Berti Foqstun komandası doğma meydanda qrup lideri Rusiyanı qəbul edib. Oyunda hesabı 16-cı dəqiqədə qonaqlar açıb. Roman Şırokov Rusiya millisini önə çıxarıb. 73-cü dəqiqədə millimiz azlıqda qalıb. Maksim Medvedev qırmızı vərəqə ilə cəzalandırılıb. Oyunun əsas vaxtının son dəqiqəsində Vaqif Cavadov hesabı bərabərləşdirdi. Oyun 1-1 hesabı ilə başa çatdı.
azadlıq.info