Assanc «Beşinci hakimiyyət» adlanan bu filmin çəkilməsinə qarşı çıxıb
Qalmaqallı “WikiLeaks” saytının rəhbəri Culian Assanc haqqında film çəkilib. Filmdə Assancla bağlı bəzi gizli məqamların açıqlanması ajiotaja səbəb olub. Film dünya kino prokatına bu il sentyabrın 5-də verilib.
Filmin MDB ölkələrində, o cümlədən Azərbaycanda BLU-RAY və DVD disklərdə gələn il martın 4-dən satışa çıxarılması proqnozlaşdırılır. “Beşinci hakimiyyət” filmi Julian Assancın gizli yazışmalarının öz saytında necə dərc etmək fikrinə gəldiyi və Amerika hökümətinin buna necə reaksiya verdiyindən bəhs edir. Filmin əsas epizodlarında Assancın tərəfdarı olan Daniyel Damşayt-Berqlə gizli materialları nə vaxt və necə dərc etməsi barədə mübahisələr yer alıb. Britaniyalı kino tənqidçisi Piter Bredşounun “Guardian” qəzetindəki məqaləsində deyilir ki, filmin maraqlı tərəfi “”WikiLeaks” qalamaqalında hələ də gizli məqamların qalmasına və qəhrəmanın sağ olmasına baxmayaraq, onun haqqında filmin çəkilməsidir. Səbəbkarın özü isə filmin çəkilməsinə qarşı çıxıb. O filmdə öz obrazının təkəbbürlü verildiyini hesab edib. Maraqlıdır ki, filmdə Assanc rolunu canlandıran Benedikt Kamberbetçə kömək üçün qəhrəmana müraciət edib, Assanc isə bunun əvzində aktyordan rolundan imtina etməyi xahiş edib. “Beşinci hakimiyyət” filminin “”WikiLeaks” qalmaqalı qədər, tamaşaçılarda da maraq doğuracağı gözlənilir.


