İstefaya göndəriləcək hökumət

Artur Rəsizadə və onun komandasının siyahısı

Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə görə, yeni seçilmiş Azərbaycan Respublikasının prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verir. Konstitusiya Məhkəməsi yeni seçilmiş prezidentin səlahiyyətlərini təsdiq edəndən 3 gün sonra ölkə başçısı hökumətin tərkibinə yenidən baxacaq. Üçüncü dəfə ölkə başçısı postunda əyləşəcək Ilham Əliyev iqtidarında yeni hökumətin tərkibini müəyyənləşdirəcək. Ölkə başçısının seçkiöncəsi ad çəkmədən məmurlara ünvanladığı ümumi xəbərdarlıqlar rəhbər postlarında dəyişikliklər ediləcəyinə işarə saymaq olardı. 

Modern.az saytı tezliklə istefaya gedəcək hazırkı hökumətin tərkibini təqdim edir.

Baş nazir Artur Rasizadə, qısa fasilələrlə 17 ildir ki, bu postu tutur.

Baş nazirin 1-ci müavini, 68 yaşlı Yaqub Eyyubov uzun illərdir Artur Rasizadə ilə çiyin-çiyinə işləyir. 

Baş nazirin digər müavini, 73 yaşlı Abid Şərifov isə 1995-cü ilin noyabr ayından hazırkı vəzifəsində çalışır – 18 il.

Baş nazirin digər müavini, 65 yaşlı Əli Həsənov 15 ildir eyni vəzifədə çalışır. Əli müəllim 1998-ci ildən Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavinidir. 

Baş nazirin müavini Elçin Əfəndiyevin 70 yaşı var. 1993-cü ildən Baş nazirin müavini vəzifəsini tutan Elçin Əfəndiyev 20 ildir eyni hakimiyyət kürsüsündə əyləşir.

65 yaşlı general-polkovnik Ramil Usubov 1994-cü ildən daxili işlər naziri vəzifəsinə təyin edilib- 19 il. 

Müdafiə naziri Səfər Əbiyev də 1995-ci ildən müdafiə naziridir. 63 yaşlı general 18 ildir ki, bu vəzifəni tutur.  

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov 2006-cı ilin fevralından Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edir. 52 yaşlı Kəmaləddin müəllimin bu vəzifədə çalışmasının 7 ili tamam olub.

Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov 2004-cü ildə hazırki vəzifəsinin başına keçib- 9 il. 

Müdafiə sənayesi naziri Yavər Camalov 2006-cı ilin mart ayında nazir postuna  təyin edilib- 7 il.

58 yaşlı ədliyyə naziri Fikrət Məmmədov 2000-ci ilin aprel ayında ədliyyə orqanının başına gətirilib- 13 il.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 2000-ci ilin may ayından seçkiləri həyata keçirən quruma rəhbərlik edir – 13 il.

Vergilər naziri Fazil Məmmədov 14 ildir nazir vəzifəsindədir. 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 13 ildir tələbə qəbulu sahəsinə rəhbərlik edir.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 66 yaşlı sədri Qərib Məmmədov 12 ildir ki, bu postu tutur.

61 yaşlı nəqliyyat naziri Ziya Məmmədov isə 11 ildir eyni kürsüdə əyləşir.

52 yaşlı Maliyyə naziri Samir Şərifov 7 ildir bu vəzifənin sahibidir.

55 yaşlı əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov 7 ildir eyni vəzifə kürsüsündə əyləşir.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov 12 ildir ekologiya sahəsinə rəhbərlik edir. 

Iqtisadi inkişaf naziri, 48 yaşlı Şahin Mustafayev 5-ci ildir nazir kürsüsündə əyləşir.

53 yaşlı xarici işlər naziri Elmar Məmmədyarov 9 ildir bu vəzifədə çalışır.

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov 11 ildir bu vəzifədə görürlər.

Kənd təsərrüfatı naziri Ismət Abasov bu vəzifədə 9 ildir işləyir. 

Rabitə və informasiya texnologiyaları naziri, 60 yaşlı Əli Abbasov 9 ildir rabitə sahəsində ən yüksək vəzifəni tutur.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov 8 ildir bu mərkəzi icra hakimiyyətinə rəhbərlik edir. 

Əmlak Məsələləri Komitəsinin sədri Kərəm Həsənov 8 ildir eyni vəzifə kürsüsündə əyləşir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev  7 ildir eyni vəzifə kürsüsündə əyləşir.

Gənclər və idman naziri Azad Rəhimov 7 ildir gənclər və idman sahəsində rəhbər şəxsdir.

Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimov  11 ildir vəzifə kürsüsünü dəyişmir.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin eyni vəzifədə çalışmasının 7 ili tamam olub.

Səhiyə naziri Oqtay Şirəliyev 8 ildir səhiyyə sahəsinə rəhbərlik edir.

Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru Iskəndər Çəndirli 5 ildir bu vəzifədə çalışır. 

Müəllif Hüquqları Agentliyinin sədri Kamran Imanov 5 ildir eyni vəzifə kürsüsündə əyləşir.

Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Elşad Iskəndərov 1 il 6 aydır ki, bu vəzifəyə təyin edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov 8 ildir bu vəzifədə çalışır. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 7 ildir eyni vəzifə başındadır. 

Sənaye və energetika naziri Natiq Əliyev 9 ildir sənaye və energetika sahəsində rəhbər məmurdur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov 6 ildir komitəyə rəhbərlik edir.

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev 20 ildir bu vəzifədədir.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı 5-ci ildir bu postda çalışır. 

Bunlardan başqa Nazirlər Kabinetinin istefaya göndəriləcək heyətinə aşağıdakı məmurlar da daxildir:

Mikayıl Cabbarov – təhsil naziri

Inam Kərimov – Prezident yanında Vətəndaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Akim Bədəlov – Alternativ və Bərpa Olunan Enerci Mənbələri üzrə Dövlət Agentliyinin sədri

Qüdrət Qurbanov – Dövlət Dəniz Administrasiyasının rəisi

Fuad Quliyev – Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru

Firidun Nəbiyev – Dövlət Miqrasiya Xidmətinin rəisi

Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi

Arzu Rəhimov – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi

Ataxan Paşayev – Milli Arxiv Idarəsinin rəisi