Milli Şura mitinqlərə davam edəcək

Həsən Kərimov: «Cəmil Həsənli Avropa səfərindən qayıtdıqdan sonra mitinqin tarixi müəyyən ediləcək»

9 oktyabr seçkilərinin açıq şəkildə saxtalaşdırlılması, Cəmil Həsənlinin seçicilərin böyük əksəriyyətinin səsini qazanması heç kimdə şübhə doğurmadı. Hətta beynəlxalq təşkilatlar da bu seçkini tanımadı. Hakimiyyət isə növbəti dəfə saxta qələbəsini bayram etdi və xalqın iradəsinə qarşı çıxdı.

Milli Şura oktyabrın 12-də Yasamal rayonu ərazisində yerləşən “Məhsul” stadionunda növbəti kütləvi mitinqini keçirdi və xalqa seçkinin yekunları, qarşıda görüləcək işlərlə bağlı məlumat verdi. Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli mübarizənin sona qədər davam edəcəyini və xalqın oğurlanmış haqqının geri qaytarılacağını bildirdi. Eyni zamanda Cəmil Həsənli Avropa və Amerikaya səfər edəcəyinin də anonsunu verdi.

12 oktyabr mitinqi göstərdi ki, insanlar səslərinin oğurlanması ilə barışmayacaq və sona qədər meydanlarda olacaq.

Bəs, Milli Şuranın növbəti mitinqi nə vaxt keçiriləcək?

Cəmil Həsənlinin seçki qərargahının həmsədri Həsən Kərimov bildirdi ki, seçki saxtakarlığına qarşı bütün etiraz vasitələrindən istifadə ediləcək və bu bizim hüququmuzdur: “Milli Şura bundan sonra da mitinqləri davam etdircək və 12 oktyabr mitinqinin qətnaməsində də bu öz əksini tapmışdı. Eyni zamanda Cəmil Həsənlinin seçki qərargahı da öz işini davam etdiriəcək və qanun pozuntuları ilə bağlı ilk öncə ölkə məhkəmələrinə, sonra isə beynəlxalq məhkəməyə müraciət olunacaq. Bizə qarşı qanunsuz addımlar davam edir və ötən gün hakimiyyətin yaratdığı süni maneələr nəticəsində MSK Milli Şuranın aktlarını qəbul etməyib. Kütləvi mitinqlərin davamı isə Cəmil Həsənlinin Avropa səfərindən sonra müzakirə olunacaq və dəqiq tarix haqda məlumat veriləcək”

Ilham