Cəmil Həsənlinin Avropa səfəri başladı

Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənli dünən Avropaya yola düşüb. O, Brüsseldə və Strasburqda Avropa Ittifaqı, eləcə də Avropa Şurasının rəsmilərilə bir sıra görüşlər keçirəcək.
Görüşlərdə Azərbaycandakı mövcud ictimai-siyasi durum, “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində Avropa ilə Azərbaycan arasında əməkdaşlıq, 9 oktyabr prezident seçkilərinin yekunları, seçkinin nəticələrinin saxtalaşdırılması və s. məsələlər müzakirə ediləcək. Daha sonra Cəmil Həsənlinin ABŞ-a səfəri nəzərdə tutulub.