Ankara təmsilçimiz Əliyevlərin səfirini çətin vəziyyətə saldı
Aydın Taş Faiq Bağırova “Dubay villaları”, “Ofşorleaks” və seçki saxtakarlığından suallar verdi
Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov mətbuat konfıransı keçirərək Türkiyənin “Milliyet” qəzetində çıxan “Əliyev milyard dollarlıq xanədanını qoruyur” yazsına etiraz etdi.
Çox önəmli açıqlamalar veriləcəyini bəyan edib, medianı saat 18-də səfirliyə toplasalar da, tədbir bir sat gec başladı. Gecikməyə görə üzr istəməyən səfirAzərbaycanda prezident seçkilərinin “güllük-gülüstanlıq” şəklində keçdiyini, beynəlxalq müşahidəçilərin bu seçkilərdən razı qaldığını dedi.
Nitqində İlham Əliyevə tərif vuran səfir media nümayəndələrini bundan sonra Azərbaycan dövlət adamları haqqında daha diqqətli olmağa dəvət etdi.
Türkiyə ilə yaxşı əlaqələrin və böyük maddi yatırımların olduğunu qabartmağa çalışan səfirAzərbaycanda inkişafdan danışdı və hər şeyin Əliyev ailəsinin sayəsində ərsəyə gəldiyini dedi.
Tədbirə dəvət almasaq da, iştirak etdik və təlimatla gəlib sual verməyən jurnalistlərin iştirak etdiyi məclisin sükutunu pozduq. Səfirə üç sual vermək imkanımız oldu.
– Azərbaycandakı seçkiləri beynəlxalq müşahidəçilərin bəyəndiyini deyirsiz, amma ATƏT və ABŞ seçki məntəqələrinin 58 faizində saxtakarlıq olduğnu deyir, buna münasibətiniz necədir?
– Bunu deyənlərin başqa məqsədləri var. Biz o məqsədləri bilirik, onlar Türkiyə ilə aramızı vurmaq istəyirlər.
– “Milliyet” qəzetinin xəbərində sözü gedən sərvətlər arasında İlham Əliyevin oğluna 11 yaşındaykən Dubaydan 75 milyon dollara aldığı villalar və ofşorleaks skandalında ortaya çıxan iddia və sənədləri təkzib edirsinizmi?
– Vikileaksla əlaqədar 2010-da açıqlama vermişik.
– Vikileaks başqa, mən ofşorleaksdan danışıram. Bu, hətta ötən il, “Hürriyet” qəzetində də manşet xəbəri olmuşdu -“Ofşorleaksdan Əliyev çıxdı” deyə…
– Bunlar əsası olmayan iddialardır.
– Sonuncu sual, seçki komissiyalarında səslərin sayılması zamanı çəkilmiş videolar var. Səslər saxtalaşdılır, təzə bülletenlər işarələnir. Bu barədə nə deyə bilərsiz?
– Bu videolar hər zaman olur. Bunların həqiqətlə əlaqəsi yoxdur. Seçkyə kölgə salmaq istəyirlər.
Aydın Taş,
Ankara


