Repressiya olunan Şuşalı müsavatçı

Partiyanın rəhbəri Məşədi Salman

Məlum olduğu kimi, 37-ci illər repressiyaları yalnız mərkəzi şəhərləri deyil, Azərbaycanın bütün bölgələrindən olan ziyalı və fəalları hədəf almışdı. Belə fəallardan biri də o illərdə Müsavat partiyasının Şuşa şöbəsinin sədri Salman Ələsgərov olub. 

Salman Məmmədqulu oğluÿ1868-ci ildə ÿŞuşaÿ şəhərində dünyaya gəlib. Onu hamı şəhərdə “Ceyranoğlu”, “Mütrüb” ayamaları ilə tanıyırdı. Toybaşı kimi xalq şənliklərini idarə edən Salman Ələsgərov Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.

37-ci illər repressiyalarının bir çox qurbanlarının həyatı araşdırılmadığı kimi, onun həyatı haqqında da məlumat azdır. Amma Müsavat partiyasının Şuşa şöbəsinin rəhbəri olmuş bu şəxsin partiyadakı fəaliyyəti ilə bağlı araşdırma aparan tədqiqatçı-jurnalistÿVasif Quliyevÿonun haqqında məlumatları “Mənim babam kim olub?” kitabında qələmə alıb. Repressiya qurbanı haqqında əsas məlumatları da bu mənbədən almaq mümkünüdür. Kitabda onun Şuşada partiyaya yeni qüvvələr cəlb etmək üçün necə fəaliyyət göstərməsi, fədakarlıqla çalışması, böyük nüfuz sahibi olması haqqında real faktlar və hadisələr yer alır. Kitabda belə maraqlı məqamlardan biri belə anladılır ki, Şuşa gizli Müsavat təşkilatının Məşədi Salman Ələsgərov və onun müavini Adışirin Fətəliyev dostları Seyid Cəfəri partiyaya cəlb etmək istəyirlər. Onun oturub-durduğu yaxın yoldaşlarının gizli fəaliyyətlərindən xəbəri yox idi. Partiya fəalları isə yaxından tanıdıqları, ünsiyyətdə olduqları insanları, ürək qızdırdıqları gəncləri təşkilata cəlb etməklə saylarını artırmaq, sıralarını daha da möhkəmləndirmək istəyirdilər. Beləliklə, hər iki gəncin fikri də dostları Seyid Cəfəri də Müsavata cəlb eləmək idi. Ona görə də, iki dost qərarlaşıb Seyid Cəfərə hər şeyi açıqlamaq qərarına gəlir. Əslində, Seyid Cəfər də xaraktercə onlara yaxın biri idi. Sadəcə, o öz fikirlərini açıq söyləməz, çox danışmazdı. Beləliklə, bir gün razılaşdıqları kimi, dostlar Məşədi Salmanın evində toplaşdılar. O gün çoxdan qərarlaşdırdıqları məsələni həll etmək istəyirdilər.  Əslində, təklifin dostlarının ürəyincə olacağına çox da şübhəli deyildilər. Axşam saat onda Məşədi Salmanın evində yığışdılar.

Seyid Cəfər dostu Adışirinlə Məşədi Salmanın evinə yollananda o, qonaqları çay stolu arxasında gözləyirdi. Plan qurulduğu kimi gedirdi və Seyid Cəfər onların qəlbində olanlardan xəbərsiz idi. 

Söhbət xeyli uzandı və nəhayət, əsas mətləbə keçmək üçün körpü yaratmaq lazım idi. 

Üçüncü dost partiyaya necə üzv oldu?

“Məşədi Salman üzünü Seyid Cəfərə tutub:

– Seyid, heç yaşamalı dövran deyil. Hayıf deyildimi keçmiş zamanlar? Dərd yox, qəm yox, heç nəyin dərdini çəkmirdik. Indi isə həyat bizi burdan-ora, ordan-bura atır. Elə sənin özünü götürək. Inqilabdan qabaq çayçı işləyirdin, sonra təzə hökumət səni gah milis şöbəsində milis, gah qazamatda nəzarətçi vəzifəsində işlətdi. Heç nədən səni vəzifədən uzaqlaşdırdılar. Heç özün də bilmədən nəyə görə. Sonra həyat səni Laçına atdı. Orda da duruş gətirə bilmədin və yenə də qayıdıb gəldin Şuşaya. Bu isə yaşamaq deyil, sürünməkdir. Gəlin adam kimi yaşamaq üçün bir yol arayıb-axtaraq. Bu hökumətin axırına çıxmasaq, bizim kimilərinə gün-dirrik yoxdur, – sözünü təsdiqləmək üçün üzünü Adışirinə tərəf döndərdi. Seyid Cəfər dinməzcə oturub, Məşədi Salmanı dinləyirdi, Nəhayət, o, belə bir sual verdi? Bu hökumətin axırına necə çıxmaq olar, Məşədi? Top-tüfəng onda, güc-qüvvət onda, ucu-bucağı da görünməyən nəhəng bir dövlətdir. Bu boyda dövlətə biz neyniyə bilərik?

– Çobanın könlü olsa, təkədən pendir tutar, Seyid, eşitməmisən bu atalar sözünü? Bizim də istəyimiz. Qeyrətimiz olsa, sözü bir yerə qoysaq, dağı dağ üstə aşırarıq. Bir də ki, qaldı hökumətin axırına çıxmaq, bu, səndən, məndən, Adışirindən, minlərlə bizim kimilərindən asılıdır. Birləşib, əl-ələ verməli, hakimiyyətə qarşı üsyan qaldırmalıyıq. Səndən gizlətmirəm, Azərbaycanın hər yerində, o cümlədən, bax, bizim bu Şuşada da gizli əksinqilabi üsyançı təşkilat var… Üzvləri də hələlik kifayət qədərdir. Ancaq çalışırıq ki, sayımızı daha da artıraq, daha da güclənəcək. Sən də təşkilata girsən, lap yaxşı olar, nə qədər çox olsaq, qarşımıza qoyduğumuz məqsədə də tez çatarıq.

Söhbətə qarışan Adışirin də Məşədi Salmanın sözlərini təsdiqləyir, onun sözlərinə qüvvət verirdi:

– Seyid, bircə onu bilirəm ki, gec-tez, özü də lap yaxınlarda Sovet hakimiyyəti yıxılacaq, nəticədə şəxsi mülkiyyət bərpa olunacaq, ticarət azad olacaq və biz də adam kimi yaşayacıyıq. Sağlıq olsun, o günlər o qədər də uzaqda deyil” (Vasif Quliyev, “Mənim babam kim olub?”, Bakı, “Şuşa”, 2001).

Həmin gecə çoxları kimi mövcud hakimiyyətdən narazı olan,  bunu heç kimin yanında büruzə verməyən Seyid Cəfərin də ürəyi açıldı. Söhbətin ciddiliyi və dostlarının indiki açıq söhbətləri onu yerindən eləmişdi. Məşədi Salmanla Adışirin də artıq hiss eləmişdilər ki, Seyid Cəfərlə bu barədə o qədər də çox danışmaq lazım deyil, çünki elə söhbətin əvvəllərindən onların fikirləri, baxışları üst-üstə düşür. Ona görə də Məşədi Salmanın ürəklənib “Müsavat təşkilatının üzvü olmaq istəyirsənmi” – sualına Seyid Cəfər “Əlbəttə, siz daş qoyan yerə mən baş qoyaram” – deyə cavab verdi və həmin gündən təşkilatın üzvü olduğunu bildirdi. Beləliklə, 1927-ci ildən Seyid Cəfər Ağamirov Müsavatın Şuşa təşkilatına üzv oldu.

Repressiya sırası ona da gəldi

Bundan sonra Seyid Cəfər də fəaliyyətini xeyli fəallaşdırdı. Bütün göstəriş və tapşırıqları Məşədi Salman Ələsgərovdan və Adışirin Fətəliyevdən alanÿSeyid Cəfər Ağamirovÿgizli fəaliyyətə başladı. Məşədi Salman Ələsgərovdan və Adışirin Fətəliyevdən alan Seyid Cəfər Ağamirov gizli fəaliyyətə başladı. Məşədi Salman ona misdən düzəldilmiş iyirmi yeddi ədəd nişan verdi ki, onları gələcəkdə təşkilata cəlb edəcəyi üzvlərə paylasın. 

Bu cür fədakar insanların sayəsində, Müsavatın Şuşadakı şöbəsi xeyli genişlənib, partiyanın ən güclü qollarından birinə çevrilmişdi. Onlar şəhərdə insanların fəallaşması, gözlərinin açılması üçün əllərindən gələni edirdilər. Bu, həmin dövrün ən şərəfli tarixidir və Azərbaycanda demokratik cümhuriyyətin qurulmasında minlərlə vətənpərvər kimi, həmin insanların fədakarlığı da önəmli rol oynamışdır.  

Məhz bu cəsur insanların sayəsində Azərbaycan keçən əsrin əvvəllərində dünyanın ən demokratik cümhuriyyətlərindən birini qurdu və xalqa həqiqi azadlığın nə olduğunu anlatdı. Amma bu azadlığa nifrətlə baxan və qisas məqamı gözləyən xarici düşmənlərin fitnəkarlığı ilə o səadət uzun sürmədi. 1920-ci il işğalından sonra isə vətənpərvər və ziyalı nəslə qarşı repressiya dalğası başladı. Bu repressiya dalğası Müsavat partiyasının Şuşa rəhbəri Məşədi Salmandan da yan keçmədi. O da mənfur 37-ci il repressiyalarının qurbanı oldu.

Məşədi Salman Zinyət xanımla ailə qurmuşdu. Onların Səttar, Hacı, Zahid, Ənvər adlı oğlanları, Kübra, Sürəyya, Səmayə adlı qızları vardı.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir