«Biz Mərkəzi Seçki Komissiyasına heç bir rəy göndərməmişik»
MSK sədri Məzahir Pənahovun bütün beynəlxalq təşkilatların seçkilə bağlı müsbət fikirdə olması barədə dediklərinə Böyük Britaniya səfirliyindən reaksiya gəlib.
“Biz seçki prosesini necə izlədiyimiz, yekun nəticələrlə bağlı mövqeyimizi açıqlamamışıq”, – deyə Böyük Britaniya səfirliyindən bildirilib.
“Azadlıq” radiosuna verilən açıqlamada həmçinin qeyd olunur ki, seçkilərdə səfirliyin özünün müşahidə missiyası olub: “Britaniya hökuməti və müşahidə missiyası olaraq,ÿseçki ilə bağlı bəyanatımızın bu gün və ya sabah açıqlanacağı gözlənilir. BizÿMərkəzi Seçki Komissiyasına heç bir rəy təqdim etməmişik”.