Cəmil Həsənli xarici medianın diqqət mərkəzində

Milli Şuranın namizədi Cəmil Həsənli seçkilərlə əlaqədar ölkəmizdə olan xarici media təmsilçilərinin diqqət mərkəzindədir. Cəmil Həsənli gün ərzində jurnalistlərə ümumi şəkildə verdiyi açıqlamalar zamanı çoxlu sayda xarici media təmsilçilərinin suallarını cavablandırmaqla yanaşı, onlardan bir neçəsinə də ayrıca müsahibə verib. Bu sırada ABŞ-ın “The New York Times” qəzetinə, “Rossiya 24” telekanalının “Vesti” proqramına və Rusiyanın bir neçə başqa televiziyasına, Gürcüstan telekanallarına, Almaniya jurnalistlərinə müsahibələri qeyd etmək olar.

“Rossia 24” kanalı Cəmil Həsənlinin seçki qərargahında

“The New York Times” qəzetinə müsahibə