Cəmil Həsənli səs verdi FOTO- VİDEO

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli artıq səs verib. O, saat 11:00-da 17 saylı Yasamal üçüncü seçki dairəsinə gəlib. Səsvermə kabinəsindən çıxdıqdan sonra Cəmil Həsənlinin ilk sözü “vətənimiz, millətimiz üçün xeyirli olsun”, cümləsi oldu. Sonra Milli Şuranın prezidentliyə namizədi reportyorlara bildirib ki, artıq Bakıda və rayonlardakı məntəqələrdə seçkinin saxtalaşdırılması və qanun pozuntuları ilə bağlı məlumatlar əldə edib: “Bir sıra məntəqələrdə bülletenlər qutuya topa ilə atılıb”. C.Həsənli bildirib ki, müxtəlif sorğu nəticələri ilə tanış olub. Seçki qərargahının mükəmməl çalışdığını deyən Cəmil Həsənli  seçki prosesi ilə bağlı məlumatları vaxtaşırı KİV-lərə göndərildiyini deyib. Məntəqədə onu çoxlu sayda xarici və yerli media nümayəndələri müşaiyət edib. Cəmil Həsənli jurnalistlərə də açıqlama verib.

Müsavat başqanı İsa Qəmbər də artıq səs verib. O, 20 saylı Nərimanov ikinci dairənin 23-cü məntəqəsində saat 10:00-da səs verib.

AXCP sədri Əli Kərimli isə saat 12:00-da 23 saylı Nəsimi-Səbail dairəsinin 5-ci məntəqəsində səs verəcək.