“Qorotdel”də Fuad Qəhrəmanlı ilə aksiya söhbəti ediblər

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı aldığı dəvət əsasında oktyabrın 8-i Başı Şəhər Baş Polis İdarəsində olub. İdarədə onunla rəis müavini Səhlab Bağırov və Başı şəhər prokurorunun müavini Fazil Həsənəliyev görüşüb.
Bəlli olub ki, Qəhrəmanlını idarəyə onun seçkilər saxtalaşdırılacağı təqdirdə kütləvi aksiyalar keçirəcəkləri barədə mətbuata verdiyi açıqlamalara görə dəvət ediblər.
Ona bildirilib ki, hər hansı razılaşdırılmamış aksiya keçirilərsə, yaranacaq vəziyyətə görə məsuliyyət daşıyacaq.
Qəhrəmanlı isə cavab verib ki, heç bir qanunsuz aksiya keçirmək və qarşıdurma yaratmaq niyyətində deyillər. Nəticələr saxtalaşdırılacaqsa, buna qarşı etirazlar Konstitusiya və qanunlar çərçivəsində təşkil olunacaq.
Məlumatı azadliq.info-ya F.Qəhrəmanlı verib.