Ölüyə seçki bildirişi gəldi FOTO

Sabah keçiriləcək prezident seçkiləri ilə bağlı Zərdab rayonunda qəribə hadisə yaşanıb. Belə ki, 92 saylı Zərdab-Ucar Dairə Seçki Komissiyası (DSK) tərəfindən 3 il əvvəl dünyasını dəyişmiş şəxsin adına bildiriş göndərilib. Mia.az-a daxil olan məlumata görə, DSK-dan rayonun B. Allahverdiyev küçəsi ev 14-də qeydiyyatda olmuş, 3 il əvvəl dünyasını dəyişmiş Səlim Kərim oğlu Kərimovun adına bildiriş yazılıb. Bildirişdə ölmüş şəxsə “səsverməyə gələrkən şəxsiyyət vəsiqənizi və ya onu əvəz edən sənədi özünüzlə götürməyi unutmayın” ifadəsi yazılıb. Bu yalnışlıqla bağlı  DSK-dan hər hansı açıqlama verilməyib.