Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama respublikaçılarla səhiyyə islahatının icrasını yalnız onlar dövlət müəssisələrinin maliyyələşdirilməsini bərpa etdikdən və dövlət borcu tavanını qaldırdıqdan sonra müzakirə aparacağını bəyan edib.
“Bunu onların istədiklərinə nail olmadıqları təqdirdə ölkədə defolt baş verəcəyi təhlükəsi altında etmək istəmirəm” – Barak Obama belə deyib.
Barak Obamanın fikrincə, Konqresin Nümayəndələr Palatasında büdcə layihəsinin qəbul edilməsinin tərəfdarları kifayət qədər çoxdur. “Mən ehtimal edirəm ki, səslər kifayət qədərdir. Elə buna görə də spiker Con Beyner məsələni səsverməyə qoymur. Səsvermə olsun, nəticəsini görək” – deyə, Barak Obama bəyan edib.