Milli Şura liderləri harda və nə zaman səs verəcək?

Milli Şura liderlərinin nə zaman səs verəcəyi bəlli olub. Şuranın Seçki Qərargahının yaydığı məlumatada deyilir ki, qurumun namizədi Cəmil Həsənli saat 11:00-da 17 saylı Yasamal üçüncü seçki dairəsinin 6-cı məntəqəsində, AXCP sədri Əli Kərimli saat 12:00-da 23 saylı Nəsimi-Səbail dairəsinin 5-ci məntəqəsində, Müsvat başqanı İsa Qəmbər  20 saylı Nərimanov ikinci dairənin 23-cü məntəqəsində, ALP lideri Lalə Şövkət 23 saylı Nəsimi-Səbail dairəsinin 23 saylı məntəqəsində səs verəcəklər.