İlham Əliyev hökumətin iclasını təbliğata çevirdi

Hakim Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkisi ilə bağlı təşviqat kampaniyası dövründə Bakıda mitinq keçirmədi. YAP-çılar bunu mitinqə çox adam gələcəyi və ayrılan yerlərin uyğun olmaması ilə əsaslandırırlar. Lakin bu sadəcə bəhanədən başqa bir şey deyil.
Çünki hakim partiyanın bölgələrdə keçirdiyi görüş-mitinqlər çox uğursuz keçib. Hətta inzibati resursların hesabına belə YAP-ın tədbirlərinə çox az sayda adam cəlb edilib. Digər tərəfdən Ilham Əliyevin vəkili kimi çıxış edən digər namizədlər üçün təşkil edilən mitinqlər də uğursuz alınıb. Bütün bu eksperimentlərdən sonra hakim partiya Bakıda mitinq keçirmək niyyətindən daşınıb. Lakin bunun əvəzində Ilham Əliyev hökumətin oktyabrın 6-da keçirilən iclasını təbliğata çevirib. Ölkə başçısı iclasda yalnız “uğurlardan” danışıb. Ilham Əliyevin sözlərindən belə anlaşılıb ki, Azərbaycanda “analoqu olmayan inkişaf” davam edir. Seçkidən 3 gün əvvəl bu iclasın keçirilməsi və Ilham Əliyevin orada “inkişafdan” danışması təbliğatdan başqa bir şey deyil.