AXCP qərarını açıqladı

Azərbaycan Xalq Cəbhəsi Partiyası təşkilata üzv olmaq və partiyadan çıxmaq haqda müraciətlərlə bağlı qərarlarını açıqlayıb.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Media forum” saytına deyib ki, hazırda Norveçdə mühacirətdə yaşayan müdafiə nazirinin sabiq müavini polkovnik İsa Sadıqovun AXCP-yə üzv olmaqla bağlı ərizəsi qəbul olunub. İ.Sadıqov artıq AXCP üzvüdür.

Eyni zamanda AXCP sədrinin müavini Asəf Quliyevin və hazırda həbsdə olan Daşqın Məlikovun partiyadan çıxmaq haqda ərizələri qəbul edilib və onlar öz istəklərinə uyğun olaraq partiya sıralarından çıxarılıb.