O illər Şuşada teatr yaradanlar…

Mirzə Muxtar Məmmədov

Məlum olduğu kimi, qədim tarixə malik Azərbaycan teatrının formalaşmasında ölkənin ayrı-ayrı şəhərlərində fəaliyyət göstərən həvəskar truppaların mühüm rolu olmuşdur. Əvvəlki yazılarımızda bu barədə dəfələrlə söz açmışıq. Bu dəfəki yazımızda XIX əsrdə Şuşada yaranan teatr truppalarının yaranmasında xüsusi xidmətləri olan, amma adları az xatırlanan bir neçə ziyalı haqqında danışacağıq. 

Bəhs etdiyimiz dövrdə Qafqazdaÿ əsas teatr ocağı Tiflis sayılırdı. Elə ilk teatrÿda 1845-ci ildəÿ buÿ şəhərdə tamaşaya qoyulmuşdu. Həmin illərdə Şuşa ilə Tiflis şəhərləri arasında çox güclü ticarət və mədəni əlaqələr var idi. Bunun təsiri olaraq, 1848-ci ildə Şuşada ilk tamaşaÿ səhnələşdirildi. Bundan sonra görkəmli Azərbaycan yazıçısı M. F. Axundovunÿ Azərbaycan dilində yazdığı ilk pyeslər Tiflisdə,ÿ Bakıdaÿ və Şuşada tamaşaya qoyulmağa başladı.ÿ1870-ci ildə isə ilk dəfə olaraq Şuşada Azərbaycan teatr sənətinin yaradıcısıÿ Mirzə Muxtar Məmmədov ÿtərəfindən Azərbaycan dilində tamaşa göstərildi. O dövrdə gənc müəllimlərdən Firidun bəy Köçərli,ÿBədəl bəy Bədəlbəyli,ÿƏbdürrəhim bəy Haqverdiyev,ÿMir Həsən bəy Vəzirovÿ və məşhur xanəndəÿ Cabbar Qaryağdıoğluÿ bu tamaşada iştirak etmişdilər. 

Mirzə Muxtar Mirzə Ələsgər oğluÿ 1852-ci ildə ÿŞuşa ÿşəhərində anadan olmuşdu. Ibtidai təhsilini molla yanında aldıqdan sonra,ÿ təhsilini mədrəsədə davam etdirmişdi. On bir yaşında türk-rus (rus-tatar) məktəbində oxuyan Mirzə Muxtar fars ÿvə ÿrus dilləriniÿ mükəmməl öyrənmişdi. Iyirmi yaşından Şuşadaÿ müəllimlik etməyə başlayan ziyalının tamaşa hazırlamaq ideyası da bu dövrdə yaranmışdı. Onun 1870-ci ildə Novruz bayramı münasibətilə hazırladığı “Qaravəlli” tamaşası camaatın o qədər xoşuna gəlmişdi ki, sonradan bu tamaşalar bir bayram ənənəsinə çevrilmişdi. Bayramlarda nümayiş etdirilən bu məsxərəli və məzhəkəli tamaşalara baxmağa bütün şəhər əhalisi toplanırdı.ÿ

Şuşadan Bakının teatr səhnələrinə

Mirzə Muxtar Məmmədovun aktyorluğunun ilkin mərhələsi də1873-1883-cü illərə təsadüf edir ki, bu da onun yaradıcılığında Şuşaÿdövrü sayılır. Beləliklə, bir müddətÿ Tiflisdə və ÿGəncədə işləyən Mirzə Muxtar 1899-cu ildəÿ Bakıyaÿ köçür. Şəhər məktəblərinin birinə müəllimliyə başladıqdan sonra o, şəhərin teatr həvəskarları ilə tanış olur. Tezliklə teatr tamaşalarının hazırlanmasında fəallıq göstərən ziyalı kimi tanınır. Müxtəlif illərdə birinci və ikinci “Müsəlman dram artistləri cəmiyyəti”nin, “Həmiyyət”, “Nicat”, “Səfa” mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında, “Zülfüqar bəy vəÿ Üzeyir bəy Hacıbəyovÿqardaşlarının müdiriyyəti”, Abbasmirzə Şərifzadənin rəhbərlik etdiyi “Müsəlman artistləri ittifaqı”nın dəstələrində aktyorluq edib.

Hələ uzun illər əvvəl Əbdürrəhim bəy Haqverdiyevÿ vəÿ Üzeyir bəy Hacıbəyovÿonu aktyor və xanəndə kimi Şuşadan tanıyırdılar. Buna görə də, “Nicat” teatr dəstəsinin və Hüseynqulu Sarabskinin “Müsəlman opera truppası”nın hazırladıqları opera tamaşalarında şirin və məlahətli səsi olan Mirzə Muxtar yaxından iştirak edib. O, eyni zamanda Üzeyir Hacıbəyun ilk milli operamız olan “Leyli və Məcnun” əsərinin hazırlanıb səhnəyə çıxarılmasında da yaxından iştirak edib.ÿMirzə Muxtar 1908-ci ilÿyanvarın 12-də göstərilən ilk tamaşada Əbül Qeys (Qeysin atası) rolunu oynayıb. Bundan başqa o, Üzeyir bəyin “Şah Abbas və Xurşid Banu” operasının ilk tamaşasında (10 mart 1912)  Vəzir rolunda çıxış edib. Erməni daşnaklarıÿ1918-ci ilinÿ martında ÿBakıda ÿvəhşilklə kütləvi qırğınlar törədəndə, şəhəri oda qalayanda 77 yaşlı qocaman teatr xadiminin evi dağılıb, olan-qalan varidatı əlindən çıxıb. O, çox acınacaqlı duruma düşüb və “Bəsirət” qəzeti 17 noyabrÿ 1918-ci il tarixli sayında bu barədə məqalə də dərc etdirib. Bu durumda Üzeyir bəyin təşəbbüsü ilə ziyalılar ona yardım göstəriblər. 

Aktyorun Bakı dövründə  oynadığı əsas qadın və kişi rolları bunlardır: Yetər, Hürü və Bədricahan (“Hacı Qəmbər”, “Müsibəti – Fəxrəddin” və “Ağa Kərim xan Ərdəbili”, Nəcəf bəy Vəzirov), Pərizad və Cəfər xan (“Dilin bəlası” və “Nadir şah”, Nəriman Nərimanov), Səfər bəy (“Hacı Qara”, Mirzə Fətəli Axundzadə), Şeyx Əhməd (“Ölülər”, Cəlil Məmmədquluzadə), Mirzə Bayram (“Dağılan tifaq”, Əbdürrəhim bəy Haqverdiyev), Molla Sübhan (“Ədirnə fəthi”, Cəfər Cabbarlı), Əhməd Rza (“Sultan Əbdülhəmidin xəli”, Mehdi bəy Hacınski), Şiruyə və Baş möbid (“Dəmirçi Gavə”, Şəmsəddin Sami), Ibrahim (“Qəzavat”, S.Lanskoy).

Mirzə Muxtar Məmmədov təxminən ÿ1929-cu ildəÿ Bakıda ÿvəfat edib. Bəzi mənbələr onunÿ1930-cu ildə, bir qisım isəÿ1931-ci ildə dünyasını dəyişdiyini göstərib.

Şuşa teatrının ziyalı truppası

Şuşada teatr tamaşalarının göstərilməsində xidmətləri olan şəxslər sırasında Zəkəriyyə bəy Mirzə Mehdiqulu bəy oğlu Aslanovÿ(1858-1938) da var.  

Zəkəriyyə bəy Mirzə Mehdiqulu bəy oğluÿ 1858-ci ildəÿ Şuşaÿ şəhərində anadan olmuşdu. Şuşa şəhər məktəbini bitirmiş və Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında oxumuşdu. O, seminariyanı tamamladıqdan sonra Şuşa qəzasınınÿ Gülablıÿ və ÿAğdamÿ Zemstvo məktəbində müəllim işləmişdi. Zəkəriyyə bəy sonradan Bakı şəhərinə köçmüş, 1912-1915-ci illərdə 4-cü rus-müsəlman məktəbində dərs demişdi. Bir ziyalı kimi böyük nüfuza malik olan Zəkəriyyə bəy 1906-1907-ci illərdə çağrılan Qafqaz müəllımləri qurultayında iştirak etmişdi.

O həm dədövrünün xeyriyyəçilərindən biri kimi tanınmışdı. Maarifçi-demokratik səciyyəli “Dəbistan” jurnalı maddi çətinliklə üzləşəndə nəşrin işini davam etdirməsi üçün ona yardım göstərənlər arasında Z. Aslanov da vardı.

Bundan başqa, Zəkəriyyə bəy həvəskar aktyor idi. O, müəllim işlədiyi dönəmdə Azərbaycan teatr sənətinin təbliğatçılarından birinə çevrilmişdi. Teatr həvəskarı Ağdam Zemstvo məktəbində çalışarkən müəllim yoldaşları ilə Şuşa şəhər məktəbinin kasıb şagirdlərinin xeyrinə təşkil etdikləri tamaşalardan 152 manat 40 qəpik pul əldə etmişdilər.

O, “Dağılan tifaq”, “Nadanlıq”, Nadir şah”, “Müsibəti Fəxrəddin”, “Gavə” pyeslərinin tamaşaya qoyulmasında mühüm rol oynamışdı. Bu dövrdə bir sıra obyektiv səbəblər teatrların formalaşmasına mane olurdusa da, Z. Aslanovun və onun həvəskar dostlarının Azərbaycan teatrını inkişaf etdirmək səyini qıra bilmirdi. Zəkəriyyə bəy AslanovÿSüleyman Sani Axundov,ÿ Nəcəf bəy Vəzirov,ÿ Əbdürrəhim bəy Haqverdiyev,ÿNəriman Nərimanov,ÿ Mirzə Muxtar Məmmədov,ÿ Əbdüləli bəy Vəlibəyov,ÿ Həbib bəy Mahmudbəyov,ÿ Sultan Məcid Qənizadə,ÿ Əbdürrəhim Rzayev,ÿ Mirzə Ələkbər Axundov,ÿ Zərgər Aslan,ÿ Muxtar Hüseynov,ÿ Nəcəfqulu bəy Vəliyev,ÿ Əbülfət Vəli,ÿ Bədəl bəy Bədəlbəyli, ÿDərya bəy Aslanov,ÿ Rəsul bəy Tahirovÿvə başqaları o dövrdə Azərbaycan teatrında həvəskar aktyor kimi müxtəlif rollarda çıxış edən ziyalılar idi. N. Nərimanov Z. Aslanovun aktyorluq qabiliyyətinə yüksək qiymət vermişdi. O,ÿSəfərəli bəy Vəlibəyovla dostluq edirdi.

Şuşa ədəbi mühitində yetişən və sonradan peşəkar teatrımızın inkişafına töhfələr verən ziyalılar arasında Rəsul bəy Tahirov da var. 

Rəsul bəy Kərbəlayı Qəhrəman bəy oğluÿ 1871-ci ildə Cavanşir qəzasınınÿ Qapanlı ÿkəndində anadan olmuşdu. Ibtidai təhsilini əmisindən alan Rəsul bəy Şuşaÿreal məktəbində oxumuşdu. Sonra Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına daxil olan gənc seminariyanı tamamladıqdan sonra Ləmbəranÿkənd məktəbinin müdiri olmuşdu. 

Sonralar Rəsul bəy Tahirovÿ Bakıÿ şəhərinə köçmüş, burada öncə müəllim, sonra məktəb müdiri işləmişdi. R.Tahirov həvəskar aktyor idi. O, müəllim işlədiyi dönəmdə Azərbaycan dramaturgiyasının alovlu təbliğatçılarından birinə çevrilmiş, özü də bir çox rollarda oynamışdı. Tahirov bədii yaradıcılıqla, tərcüməçiliklə də məşğul olmuşdu.ÿO, L.N.Tolstoyunÿ”Allah haqqı görər, amma aşikar etməz”, “Qafqaz əsiri” əsərlərini tərcümə edib “Səda” mətbəəsində çap etdirmişdi.

Yuxarıda qeyd etdiyimiz kimi, belə bir mühitdə yaranan həvəskar teatr truppaları sonradan peşəkar Azərbayacan teatrının formalaşmasına təkan verdi ki, bu işdə adları çəkilən sənət fədailərinin misilsiz xidmətləri də unudulmamalıdır.  

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir