“Bu seçkilərdə Cəmil Həsənlini dəstəkləyirəm, ona da səs verəcəm”. Bunu “Yeni Müsavat”ın sorğusuna cavabında xalq artisti, görkəmli aktyorumuz Fuad Poladov deyib.
Çəkilişlərlə əlaqədar seçki kampaniyasının gedişini yaxından izləməyə imkan tapmadığını deyən sənətkar, bununla belə, namizədlərin televiziya çıxışlarından xəbərdardır. O, Milli Şuranın namizədi Cəmil Həsənlinin çıxışlarını bəyənib və onunla vaxtaşırı telefon əlaqəsi də saxlayır.
“Bu seçkilərdə dəstəklədiyim Cəmil Həsənli ilə vaxtaşırı telefonla danışırıq. Seçiciləri ilə görüşləri, debatlarda çıxışları onun necə ziyalı olduğunu ifadə edir. Cəmil Həsənli böyük ziyalıdır. Mən onu dəstəkləyirəm, ona da səs verəcəyəm. Əslində onun Sabirabadda seçiciləri ilə görüşündə mən də iştirak edəcəkdim və bunu çox arzulayırdım. Lakin yenə də işlərlə əlaqədar olaraq gedə bilmədim”, – deyə Fuad Poladov bildirib.