Sən korsan!

Tofiq Yaqublu həbsxanadan yazır 

Tofiq Yaqubunun vəkillərindən biri Akif Əlizadə də artıq tamamlanmış cinayət işinin materialları ilə tanış olmağa başlayıb. Tanınmış vəkil onu da bildirib ki, işin materialları ilə Tofiq bəyin özü ilə birlikdə tanış olur. O, həmçinin əməkdaşımıza Tofiq bəyin prezidentliyə namizədlərin teledebatları haqqında bəzi fikirlərini çatdırıb. Teledebat zamanı hakimiyyətin qullarından biri üzünü Cəmil Həsənliyə tutaraq, müxalifəti iqtidarın uğurlarını, tikilən yolları, körpüləri, xəstəxanları, məktəbləri və s. görməməkdə qınayaraq onun fiziki yox, hətta mənəvi kor olduğunu demişdi.  Cəmil müəllim də demokratik müxalifətin digər nümayəndələri də bu tikililəri görürlər və təsdiq edirlər. Onlar fərqindədirlər ki, Bakı və ölkəmizin digər şəhərləri son illərdə xeyli gözəlləşiblər. Hə,nə olsun? Türkmənistanın paytaxtı Aşqabadın adı da dillər əzbəridir. Türkmənistan təbii qazın sayəsində ağ mərmərə bürünmüş bu şəhər haqqında dünyanın aparıcı KİV-ləri heyranlıqla yazırlar. Pul olandan sonra tikib-qurmağa nə var ki? Bircə nəfər fərsiz adam göstərin ki, onun kifayət qədər pulu olsun, evini temir etdirib gözəlləşdirə bilməsin. Məgər pulu xərcləmək xüsusi qabiliyyət tələb edir? Əgər Danabaş kəndinin kattası Xudayar bəy ölkə prezidenti sərəncam verib körpü tikdirə, sonra da onun açılış lentini kəsə bilməzdi? Bugünkü iqtidar neftdən gələn milyardların əsas hissəsini oğurlayıb, cuzi hissəsini şəhərlərimizin abadlaşdırılmasına yönəldirsə, bu təqdir olunmalıdır? Yoxsa elə düşünürlər ki, onun haqqı var ki, hamısını oğurlasın, əgər bunu etməyibsə ona minnətdar olmalıyıq. Elə danışırlar ki, sanki prezident ancaq pis işlərlə məşğul olmalıdır, arada təsadüfən yaxşı kimi dəyərləndiriləcək bir iş görürsə, camaat ona sitayiş etməlidir, qurban kəsməlidir. Bu abadlıq işləri zamanı milyardların həyasızcasına necə oğurlandığını görməmək üçün adam özünü həyasızcasına korluğa vurmalıdır. Bütün bu tikinti və abadlıq işlərinin saxta tenderlərlə hakim ailəyə məxsus şirkətlərə tapşırıldığı görməməkdir korluq. Bu şirkətlərin fantastik qiymətə çəkdiyi yolların, tikdiyi obyektlərin qısa müddətdə darmadağın olduğunu və təmir adı altında büdcədən yenidən milyardların oğurlanmasını görməməkdir korluq! Aldıqları maaşlar azyaşla övladlarının bahalı telefonlarına çatmayan yüksəkçinli məmurlarını, onların özlərinin də sayını itirdikləri villa-mülklərini , meşələrin və dəniz sahillərinin hasarlanmasını görməməkdir mənəvi və fiziki korluq! Mənəviyyatı kor olmayan adam Dubay mülkləri, ofşor zonalara çıxarılmış milyardların hesabını sormalıydı, bu faktları ört-basdır etməməlidir. Mənəviyyatı kor olmayan adam görməlidir ki, haqqnda danışılan hakim ailənin milyardları, oğurlanmış pulların,ancaq cəmiyyətə bəlli hissəssidir, aysberqin,ancaq görünən hissəsidir. Mənəviyyatı kor olmayan görməlidir ki, ölkəni korrupsiya didib parçalayır. Görməlidir ki, güc strukturu hakimiyyətin əlində cəza  dəstələrinə çevrilib, məhkəmələr, ancaq rüşvət və siyasi sifariş əsasında qərar çıxardır. Bu ölkədə azad medianın olmadığını görməmək üçün mənəvi korluqdan əlave, adam həm də debil olmalıdır. Bütün TV-lər bir ailənin yaltaq ruporuna çevrildiyini müxalifətə TV efirinin yasaq edildiyini görməyən adamın mənəvi kor olduğuna şübhə ola bilərmi? Çap mediasının azadlığından danışarkən “Yeni Müsavat” və “Azadlıq” qəzetinin yazdığı tənqidi materialları dövlətin digər qəzetlərlə birlikdə bu qəzetlərə də maliyyə ayırdığını, prezidentin bir sıra jurnalistlərə pulsuz mənzil payladığını gözə soxurlar. Bu zaman mənəvi kor adamlar bu qəzetlərə məmurlar tərəfindən sifarişli məhkəmə yolu ilə astronomik məbləğdə cərimələr kəsildiyini, əməkdaşların oğurlanması, döyülməsini, təhqir edilməsi, hədələnməsini görmürlər. Bu qəzetlərin redaksiyalarına hücumları, saytlarına haker zərbələrini görməyənlər kor deyilmi? Jurnalistlərə mənzil paylanması bu sahədəki problemin həllinə yox, onların ələ alınmasına yönəlmiş bir korrupsiya layihəsi idi. Həmin mənzillərin paylanması zamanı İ.Əliyev dedi ki, jurnalistlərin aldıqları maaşları mənzil almağa çatmır. Bəs, büdcədən özünə maaş almaqla kim özünə ev ala bilər?  Nə nazir, nə icra başçısı, nə polis əməkdaşı, nə prokuror, nə hakim, nə gömrük işçisi, nə vergi əməkdaşı özünə mənzil ala bilər,amma hamsının çoxlu sayda mənzilləri, villalaları, çoxlu digər mülkləri var. Müəllim də, həkim də, alim də, süpürgəçi də, qaravulçu da və s. aldığı maaşla özünə mənzil ala bilmir. Bəs onlara niyə mənzil paylanmır? Bu oyunbazlıqları görməmək əsl mənəvi korluqdur. 

   Nazirlərin, komitə sədrlərinin və digər yüksəkçinli məmurların kabinetlərdə qocaldığını, tutduqları vəzifələri artıq özəlləşdirdiklərini görməyənlərdir fiziki və mənəvi korlar. Atəşkəs dövründə bitib-tükənməyən əsgər ölümlərini görməyənlərin gərək ki, gözləri oyulmuş ola. Bu ölkədə demokratiya adına da ehtiyac yoxdur. Bir ölkədə ki, parlamentə fəaliyyət göstərməyə, o ölkədə demokratiyanın mövcudluğundan necə danışmaq olar? Məsələn, İ.Əliyev desə ki, qatıq qaradıq, parlamentdə 1-2-i nəfəri çıxmaqla kim qatığın ağ olduğunu dilinə gətirə bilər? Bu reallığı bilib və razılaşmaqdır mənəvi korluq. Əgər bu iqtidar prezidentliyə 2 aylıq qundağı namizəd göstərsəydi, parlamentdə 1-2-i nəfəri çıxmaqla heç kəs buna etiraz etməzdi, əksinə hamısı yaxasını cıracaqdı ki, bu qundaqdan yaxşı namizəd yoxdur. 

    Müxalifəti hakimiyyətin yaxşı işlərini dəyərləndirməməkdə suçlayan nakəs, yadında saxla , demokratik müxalifət neft müqaviləsinin imzalanmasını, GUAM-ın yaradılmasını, NATO-nun cihan sazişi ilə bağlı mövqeni Azərbaycan-Türkiyə müqavilələrini, antiterror koalisiyaya qoşulmağa, MDB kollektiv Təhlükəsizlik MüqaviləsiTəşkilatına qoşulmamağı, Avro-Asiya ittifaqını və Gömrük İttifaqına qoşulmamağı və s. təqdir edib, müsbət dəyərləndirib. Bəs iqtidar müxalifətin hansı işini dəyərləndirib? İndiki demokratik müxalifətin liderlərinin milli azadlıq mübarizəsində ölkəmizin müstəqilliyinə qovuşmasında danılmaz rolunu etiraf etməyə qabiliyyəti çatmayan iqtidarın nankorluğunu görməməkdir əsl mənəvi korluq! Əsl korlluq bu iqtidarın 6 rayonumuzu düşmənə təhvil verdiyini və illər ərzində 1sm ərazi geri qaytarmadığını görməməkdir. Əsl korluq İlham Əliyevin 3-cü dəfə də prezident kürsüsünü ələ keçirmək istəyərkən Qarabağla bağlı seçicilərə heç bir vəd vermədiyini görməməkdir. O , deyə bilərmi ki, 5 ildə Qarabağı azad etməsəm siyasətdən gedəcəm. Əsl korluq ölkədə xanədanlıq , sülalə rejiminin bərqərar olduğunu, hakimiyyətin irsən atadan oğula ötürüldüyünü görməməkdir. Əsl korluq bir nəfərin 3-cu dəfə prezidentliyə iddialı nolmasının çağdaş demokratiya və dövlətçilik kriteriyalarına daban-daban zidd olduğunu görməməkdir. 

    Bu mənəvi korlar onu da görmürlər ki, 10 il boyunca H.Əliyevin ən yaxın dostu Çoban Xanış , İlham Əliyevin dostu Hafiz Hacıyev olub. Professor Cəmil Həsənlinin çox dəyərli və olduqca lazımlı elmi əsərinin çap olunması xatirinə, həmin kitabın girişində bir cümlə də H.Əliyev haqqında xoş ifadə işlətməsini, indisə rejim əleyhinə kəskin tənqid səsləndirməsini əqidəsizlik kimi qələmə verirlər. Bu mənəvi korlar görmürlər ki, H.Əliyev uzun illər Azərbaycan Komunist Partiyasının rəhbəsi və SSRİ KP-nin rəhbərlərindən biri olub. Sonra da vəziyyət dəyişəndə əqidəsini dəyişərək təmamilə əks qütblü partiyaya keçib. H.Əliyev xalqımızın gah düşməni Stepan Şamuyana heykəl qoyub, haqqında çoxlu təriflər deyib,Ancaq bu dövlətin bainisi, Azərbaycan tarixinin ən böyük şəxsi Məhəmmədəmin Rəsulzadə haqqında xoş bir kəlmə də deməyib. Onun adına nə olubsa hamısını ləğv edib. Mövcud 3-4 büstünü dağıdıb. Əlbəttə ki, mənəvi korlar bu rəzaləti görə bilməzlər. Onlar ölkənin hər tində, bucaqda bizə dəxli olmayan yabançı ölkələrdə H. Əliyevə qoyulmuş heykəllərin rüsvayçılıq dərəcəsində çoxluğunu görə bilməzlər. Onu dərk edə bilməzlər ki, bu heykəllərə, gül bayramına atəşfəşanlıqla xərclənən pullarla ölkənin çox dərdinə əlac vermək olardı. Bu gözdeşən reallıqları görməzlər. Çünki kordurlar. Əli Kərimliyə vətəndaşlıq pasportu vermədiyi , İsa Qəmbərin bölgələrə gedişinə icazə vermədiyi ölkədən de.