Qaragözlülərin məşhurları

Mahmud xan Həmədani

Cənubi Azərbaycan ərazisində zaman-zaman müxtəlif türkdilli tayfaları təmsil edən görkəmli şəxsiyyətlər yetişmişdir ki, onlardan bir çoxunun adı tarix salnaməsində yüz illərdən bəri silinmədən qalmaqdadır. Belə tayfalardan biri Həmədan şəhərində məskunlaşan və bura Səlcuqların dövründə gəldikləri ehtimal olunan qaragözlülərdir. Bu tayfanın adı ilk dəfə XVI əsrə aid mənbələrdə çəkilir. 

Qaragözlü Bəydiliÿboyununÿ Şamlı elinin ÿbir oymağıdır. Qacarlar dövründə bu əyalətə Qaragözlü oymağından çıxan hakimlər başçılıq edirdilər. Qaragözlü oymağının Hacılı, Aşıqlı və başqa tayfaları da var. 

Qaragözlülər XVIII əsrdə Cənubi Azərbaycanın ictimai həyatında yaxından iştirak etmişlər. Azərbaycan respublikasındakıÿ DəvəçiÿvəÿZəngilanÿ rayonlarında Qaragözlülər toponimi də bu tayfanın adı ilə bağlıdır. 

Qaragözlü oymağından çıxmış məşhur şəxslər sırasında Mahmud xan Qaragözlünün, Hacı Abdulla xan Qaragözlünün,ÿHacı Məhəmməd xan Qaragözlünün,ÿHəsən xan Qaragözlünün,ÿMəhəmmədhüseyn xan Qaragözlünün,ÿƏbülqasım xan Qaragözlünün,ÿHacı Məhəmmədcəfər Məczubunÿvə başqalarının adını çəkə bilərik. Hacı Məhəmməd xan Qaragözlüÿbu oymağın bir tirəsiniÿQaradağ vilayətində yerləşdirmişdi.

Görkəmli dövlət xadimi olan Mahmud xan Həmədani Qaragözlü tayfasının tanınmış nümayəndələrindən biri idi. 

Mahmud xanÿ Iranÿ dövlətini bir sıra xarici ölkələrdə təmsil edən diplomat kimi fəaliyyət göstərmişdir. O,ÿ1852-ci ildə Iranın Sankt-Peterburqdakı səfirinin I müavini, sonra işlər vəkili təyin edilmişdir. Mahmud xan 1855-ci ilədək bu vəzifədə çalışmış, sonra Tehrana çağırılaraq, burada hərbçi kimi fəaliyyət göstərmişdir. Ona “dövlətin köməkçisi” anlamına gələn “Nasirülmülk” ləqəbi verilmişdir. Bundan əvvəl isə o general-leytenant(mirpənc) rütbəsi almışdı.  Bundan sonra paytaxtın hərbi işləri, hərbi sənayesi ona tapşırılmışdır. Nəsirəddin şah ÿölkədə olmadığı müddətdə isə mərkəzi hərbi qüvvənin ixtiyarı Mahmud xan Həmədanidə olmuşdur.

1858-ci ildə Nəsirəddin şahın fərmanı ilə ölkəni idarə etmək üçün 6 nazirlik yaradıldı: Daxili işlər, xarici işlər, maliyyə, qoşun, ədliyyə, ovqaf və təqaüd nazirliyi. Mahmud xan 1859-cu ildə yeni yaradılmış ticarət və sənaye naziri təyin olundu. Bu tarixdən nazirliklərin sayı 7-yə çatdı. O, həm də Dövlət Şurasına üzv seçildi. 1860-cı ildə Gilanÿyolunun tikilməsinin başa çatdırılması məqsədilə bu işə Mahmud xan cəlb edildi.

Məşhur diplomat

Başqa sahələrdə olduğu kimi, burada da öz təşkilatçılıq bacarığını göstərən, ictimai xadim Mahmud xanÿ1862-ci ildə Iranın ÿIngiltərədə səlahiyyətli nümayəndəsi təyin olunaraqÿ Londona ÿyola düşdü. O,ÿ1864-cü ildəÿ Tehrana ÿçağırılmış, lakin yenidən Londona qayıtmışdır.

ÿ1871-ci ildə Nəsirəddin şah dövlət quruluşunun təkmilləşdirilməsi ilə əlaqədar olaraq Darulşuraya yeni üzvlər daxil etdiyi zaman Mahmud xan Nasirülmülk də onlardan biri oldu. Bir il keçdikdən sonra Iran dövlətinin Baş naziri Mirzə Hüseyn xan Musirüddövlə Mahmud xanı öz müavini təyin etdi. Bununla da, hərbi nazirliyin işləri onun sərəncamına verilmiş oldu. O, əslində hərbi nazir idi və hərbi şuranın rəisi vəzifəsini aparmağa başladı.

1873-cü ildə Nəsirəddin şah Qacarın Avropaya ilk səfəri zamanı  ordunun bütün işlərinə Mahmud mirzə rəhbərlik edirdi. Mahmud Mirzə Nəsirəddin şahın Avropaya 2-ci səfəri zamanı (1878-ci il) nümayəndə heyətinin tərkibində onu müşayiət etmişdir. Bu zaman o həm də Gilan hakimi idi.

Iranın xarici işlər naziriÿMirzə Ismayıl xan Ənsariÿ1884-cü ildə vəfat etdikdən sonra ingilis dövlətinin təsiri ilə Mahmud xan təyin edildi. O, artıq Avropa dövlətlərində tanınmış bir şəxs idi. Nəsirəddin şah 1886-cı ildə Xorasanda iğtişaş baş verən zaman orada asayişi bərpa etmək üçün əvvəlcə öz bacısının əri Yəhya xan Müşiriddövləni göndərmək istədi. Lakin ingilislərin onunla münasibəti yaxşı olmadığı və onu ruspərəst hesab etdikləri üçün bundan vaz keçdi. Mahmud xan həmin il Xorasanın general-qubernatoru (ostandar) təyin olundu və “Fərmanfərma” ləqəbini aldı. O, bu vəzifədə 18 ay qaldı, 1887-ci ilin sentyabr ayında Tehrana qayıtdı və iki aydan sonra iflic xəstəliyindən vəfat etdi. Onun bütün var-dövləti, ləqəbi, ordenləri nəvəsiÿƏbulqasim xana verildi.

Şair Hacı Məhəmmədcəfər bəy Məczub

Qaragözlü tayfasının daha bir görkəmli nümayəndəsi Hacı Məhəmmədcəfər bəyÿ Məczubdur. O, 1756-cı ildə ÿHəmədanÿ əyalətininÿ Kəbudər Ahəngÿ şəhərində anadan olmuş, mükəmməl mədrəsə ÿtəhsili almışdır.

Hacı Məhəmmədcəfər bəy şair idi. Məczub təxəllüsü ilə şeir yazırdı. 

Təsəvvüf terminlərindən olan “Məczub” sözü XIX əsr şairlərindən Kəbudərahəngli Hacı Məhəmmədcəfər Qaragözlünün də təxəllüsü olmuşdur. Daha çox Məczubəli şah adı ilə məşhur olan bu sufi şair 1823-cü ildə Təbrizdə vəfat etmişdir.

Yanlışlıq üzündən Şərəfəddin Mirzə Məhəmməd ibn Məhəmmədrza Məczub Təbrizinin farsca qəzəllər divanı Iranda bir neçə dəfə həmin Məczubəli şah Qaragözlünün adına çap olunmuşdur!

1981-ci ildə tanınmış Iran alimi Əhməd Gülçini-Məani özünün “Peymanə” adlı təzkirəsində bu açıq-aşkar səhvi qeyd etsə də, iki il sonra Tehranın “Iqbal” nəşriyyatı həmin məsələyə diqqət vermədən üçüncü dəfə bu səhvi təkrar etmişdir.  Vaxtilə Azərbaycan Respublikasında ərəb əlifbası ilə nəşr olunan “Səhər” adlı tarixi-ədəbi dərgidə həmin səhv Məhəmmədəli Müsəddiqin “Məczubəli şah Qaragözlü” adlı məqaləsinə də yol tapmışdır. 

Məhəmmədhüseyn xan Həmədani 

Qaragözlü tayfasının görkəmli, tanınmış başcılarından və xanlarından biri Məhəmmədhüseyn xan Həmədani Qaragözlüdür.

Məhəmmədhüseyn xan Qaragözlü ÿŞamlı elininÿ Qaragözlü oymağının ÿAşıqlı tayfasındandır. O, Ağaməhəmməd şah Qacarın tapşırığı ilə Əfqanıstana elçi göndərilmiş, ordaÿ Dürranilər sülaləsindən olan Zaman şah Dürraniÿilə görüşmüşdü.

Cəfər xan Zənd 1199-cu ildə (1785) Şirazdan gələrək, Isfahanı işğal etdikdən sonra Iranın digər səhərlərini tutmaq fikrinə dusdu. Bu məqsədlə Həmədən istiqamətində irəlilədiyi zaman Məhəmmədhuseyn xan Qaragözlü və Əli xan Avşar Xəmseyi Ağa Məhəmməd şah Qacarın göstərişi ilə döyüşə girərək, torpağı müdafiə etdilər. Bu tarixdən Qaragözlü oymağı Qacarların havadarı hesab olunmuş və Qacarlar hakimiyyəti dövründə ordunun mühüm dəstəsini təşkil etmişdir. Bu tayfanın rəisləri və xanları çox nüfuzlu və zəngin şəxslər olmuşlar.

Sözügedən türk tayfasından çıxmış Əbülqasım xan Əhməd xan oğlu Nasirülmülkÿ(1866-1928) isə Iranın baş naziri,ÿ Sultan Əhməd şahın regenti olmuşdur.

Əbülqasım xan ali təhsiliniÿ Londonÿ şəhərində almışdı. O, Qacarlar sarayında müxtəlif vəzifələrdə çalışmış, ÿ1898-ci ildəÿƏli xan Əminüddövlə ÿhökumətində maliyyə naziri olmuşdur.  

O, 1905-1911-ci illər Iran inqilabı ərəfəsində baş nazir Eynüddövlə ilə həmkarlıq etmişdi. 1907-ci il baş nazirÿ Mirzə Ələsgər xan Əminüssultanÿ tərəfindən təşkil edilmiş nazirlər kabinəsində maliyyə naziri vəzifəsini icra etmişdir. Əbülqasım xan 1908-ci ilin yanvarındaÿ Məhəmmədəli şaha qarşı baş vermiş qəsddən sonra nazirlikdən çıxarılmışÿvə Avropaya ÿsürgün edilmişdir. 1909-cu ildəÿ Məhəmmədəli şahÿölkədən qovulduqdan sonra, kiçik yaşlıÿSultan Əhməd şahÿüçün əvvəlcə Əzdülmülk ÿƏlirza xan Qovanlı-Qacarÿ qəyyum və regent təyin edilmişdir. O vəfat etdikdən sonra, Məclisin əksəriyyət qərarı ilə Nasirülmülk qəyyum və regent təyin edilərək, naibəssəltənə vəzifəsi də ona tapşırılmışdı. O, mürtəce bir şəxsiyyət idi və öz vəzifəsindən istifadə edib Məclisi qovmuşdu. 

Təkcə Nasirülmülkun Iran məşrutə inqilabına bəslədiyi münasibəti qısaca nəzərdən keçirdikdə, ingilis diplomatiyasının xalq hərəkatına qarşı olan münasibəti haqqında təsəvvür əldə etmək mümkün olar.

Məşrutə inqilabının başlandığı vaxtda hərəkat başçılarındanÿ Seyid Məhəmməd Təbatəbaininÿ kütlələrə təsir göstərən nitqləri və fəaliyyəti mütləqiyyəti təşvişə salmışdı. Hökumət tərkibində nazir vəzifəsində iştirak edən Nasirülmülk Təbatəbaini inqilabi hərəkatdan çəkindirmək məqsədilə 1906-cı ilin iyul ayında ona yazdığı məktubda özünü məşrutə hərəkatı tərəfdarları kimi qələmə verərək, eyni zamanda məşrutə üsuli-idarəsinin Iran xalqları üçün hələ vaxtı gəlib çatmamasından, məktəblərin sayını artırmağın, savadlı adamlar hazırlamağın faydalı nəticələr verəcəyindən bəhs etmişdir.

Nasirülmülk 1907-ci il avqust ayında məşrutə hökumətinin baş nazirliyini çox minnətdarlıqla qəbul etmişdir. 1911-ci il dekabr ayında o, irticaçı çevrilişdə əsas rol oynayaraq, öz vəzifəsindən istifadə etməklə, milli şura məclisinin bağlanması və nümayəndələrin ordudan qovulub çıxarılması haqqında əmr vermişdir.

Əbülqasım xanÿ1911-ci ildənÿ 1914-cü ilədək Iranda diktator kimi bir hökumət olmuş, bu müddət ərzində Məclisin açılmasına və demokratik azadlıqların bərpa edilməsinə imkan verməmişdir.

Xəttat Mirzə Məhəmmədəli xan Qaragözlü 

Qaragözlü oymağının görkəmli şəxsiyyətlərindən biri də XIX əsrdə bir sıra dövlət idarələrində bacarıqlı katib-xəttat kimi çalışan Mirzə Məhəmmədəli xan Qaragözlü Həmədanidir. O, 1847-ci ildə Həmədanda anadan olmuşdur.

Allahqulu xan Elxanı Həmədan hakimi təyin olunduğu zaman Məhəmmədəli xanı munsi-xəttat, Həmədan hökumətinin dəftərxana rəisi vəzifəsinə təyin etdi. O, gözəl xəttə malik idi və 1876-cı ildə Allahqulu xan başqa isə təyin olunaraq, Tehrana dəvət olunduqda onun yanında munsi-xəttat vəzifəsini icra etməyə başlamışdır.

Allahqulu xan Elxanı 1881-ci ildə Zəncan hakimi təyin olunduğu zaman Məhəmmədəli xan da öz əvvəlki peşəsi ilə onun yanında xidmət etməyə başlamışdır. Məhəmmədəli xan 1882-ci ildə Allahqulu xan vasitəsilə Londondan Tehrana qayıtmış Iranın səlahiyyətli nümayəndəsi Mirzə Mülkum xanla tanış olmuşdur. Sonra isə o, Ingiltərə səfirliyinə munsi vəzifəsinə təyin olunaraq onunla Londona getmişdir, 6 il Iranın Londonda fəaliyyət göstərən səfirliyində çalışmışdır. Həmin müddətdə o, nümayəndə kimi iki dəfə Tehrana gəlmişdir. Mirzə Məhəmmədəli xan burada fəaliyyət göstərərkən Mirzə Mülküm xanın Iranın Işlər Nazirliyinə göndərdiyi məlumat və hesabatları səlis xətlə yazır, eyni zamanda “Qanun” qəzetinin nəşrində fəal iştirak edirdi.

Mirzə Məhəmmədəli xan Londonda nəşr olunan və Irana gətirilməsi qadağan edilmiş “Qanun” qəzetində fəaliyyətinə görə Nəsrəddin şahın göstərişi ilə həbs olunmuşdu. Məlum olduğu kimi bu qəzet Iranda hökm sürən haqsızlıqları, o cümlədən şah üsul-idarəsini açıq tənqid etdiyi üçün qadağan edilmişdi. Burada dərc olunan yazıların Mirzə Məhəmmədəli xanın qələmindən çıxdığı güman edildiyi ucun bir neçə adamı, o cümlədən onu Qəzvinə sürgün edib, 22 ay orada saxladılar. Qeyd etmək lazımdır ki, Nəsrəddin şahın qatili Mirzə Rza Kirmani də onların arasında idi.

Məhəmmədəli xan Həmədani həbsdən azad edildikdən sonra yenidən Avropaya getmis, 1892-1902-ci illərdə orada yaşamışdır. O, 1903-cu ildə Avropadan qayıtdıqdan sonra Fəridülmülk (dövlətin misilsiz, yeganə adamı) ləqəbinə layiq görülərək, Kirmanşaha göndərilmiş, orada xarici işlər üzrə kargüzar və pasport işləri rəisi vəzifəsinə təyin olunmuşdur. Məhəmməd xandan “Yaddasthayi-ruzaneyi xətti” adlı gündəlik yadigar qalmışdır. O, gündəliyin bir yerində belə yazır: “Şükür edirəm ki, burada  heç kəs məndən narazı və şikayətçi deyildir. Yaxşı ad qazanmağı dünya malından və insanlara əziyyət verməkdən üstün tutdum. Kirmanşahda qazandığım yazdıqlarımdır”. O, iki il Həmədanda kargüzarlıqla məşğul olmuş, çətin şəraitdə yaşamışdır.

Məhəmmədəli xan Həmədani 1915-ci ildə 71 yasında vəfat etmişdir.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir