“Neftçala seçicisinin səsi Cəmil Həsənliyədir”

Milli Şuranın namizədi Cəmil Həsənliyə daha bir bölgədən yüksək etimad

Milli şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin təşviqat kampaniyası çərçivəsində dünən daha bir tədbir Neftçala rayonunda baş tutdu.
Neftçala ictimaiyyəti ilə görüşə Cəmil Həsənlinin vəkili Fuad Qəhrəmanlı, səlahiyyətli nümayəndəsi Natiq Ədilov qatılmışdı.
Rayon klubuna təyin edilən görüşün alınmaması üçün hakimiyyət dairələri yenə də köhnə vərdişlərinə əl atmışdılar;  görüşə qatılmamaq barədə müəllimlərə, həkimlərə və büdcədən maliyyələşən əksəriyyətə icra hakimiyyətindən zənglər olmuşdu, qorxutma prosesinə polis cəlb edilmişdi.

***
Görüş keçirilən “köhnə mədəniyyət evinin” içinə qədər təxribatçılar da yerləşmişdirilmişdir. Sonradan bəlli oldu ki, onların əlində nəzarətdən kənar mikrafon da var.
Yaradılan əngəllərə baxmayaraq neftçalalılar görüş üçün ayrılan yerin boş saxlanmasına imkan vermədilər. Ən ucqar kəndlərdən insanlar Cəmil Həsənlinin adı üçün bura gəlmişdi.

***

Tədbirin aparıcısı AXCP Neftçala rayon şöbəsinin sədri Əhmədzadə elə çıxışına ziyalı statusuna iddia edən şəxslərin tədbirə qatılmamasını tənqid etməklə başladı. O dedi ki, bir çox müəllimlər şəxsi söhbətlərində onlara Milli Şuraya rəğbəti ni ifadə etsə də direktorların adi xəbərdarlıq zəngindən qorxaraq bura gəlməyib.  Əhmədzadə bildirdi ki, hakimiyyət Neftçalada seçki saxtakarlığına başlayıb və bu işdə müəllimləri cəlb edib. O  müəllim yoldaşların və seçki prosesində iştirak edən hər kəsi  vicdana səslədi, dedi ki, özlərinin balalarının gələcəyi naminə ləyaqətsiz işə imza atmasınlar, saxtakarlıqa getməsinlər.
Əflatun Əhmədzadə onu da bildirdi ki, neftçalalılar arasında Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə böyük diqqət var, əhali onun teledebatda göstərdiyi sücaətli mövqeyi  yüksək qiymətləndirir və səsvermədə tərəddüdsüz Cəmil bəyə səs verəcəklər.

***

Daha sonra Cəmil Həsənlinin vəkil və səlahiyyətli nümayəndəsi (Fuad Qəhrəmanlı və Natiq Ədilov) çıxış etdilər. Onlar Cəmil Həsənlinin platformasının konkret istiqamətləri barəsində məlumat verdilər. Bildirildi ki, Cəmil Həsənli əyalət insanlarının inkişafı üçün geniş proqrama malikdir. Bura kənd təsərrüfatına ayrılacaq subsudiyaların həcminin artırılması, kənd təsərrüfatı mallarının becərənlərə dövlətin xüsusi qayğı göstərməsi,  kredit borcu içində inildəyən insanları bu əzabdan qurtarmaq,  tibbi sığortanın tətbiq olunması və s məsələlər var.

***

Görüşdə hiss olunurdu ki, neftçalalılar  Cəmil Həsənlinin çıxışlarından güclü təsirlənibler. Xüsusən onun “qara günlü millətin ziyalısının ağ kəfəndə basdırılmaq haqqı yoxdu” fikridən eləcə də onun hakim ailənin cinayətlərini cəsarətlə sadalamasından.
Çıxışçı hacı Hüseynağa yuxarıda qeyd edilən məqamlara toxunaraq imam Əlidən sitat gətirdi: “evində oturub düşməni gözləyən yəqin bilsin evi eldən verib”.
Bu sitatla o camaata təvşiq eledi ki evinde oturub haqsızlığa susmasınlar, biganə olmasınlar çünki şər varsa hər qapını döyəcək. O dedi ki, Cəmil Həsənli öhdəsinə düşən məsuliyyətli işi layiqincə yerinə yetirib, indi növbə xalqındır ki haqqa səs verib onun müdafiəsində mətanət göstərsin.

***

Ülkər Əhmədzadə adlı çıxışçı da yerli insanlar arasında Cəmil Həsənlinin yüksək reytinqindən söz açdı və dedi ki, bu rəğbəti Milli Şuranın namizədi xalqın ürəyindən hay verən çıxışları və parlaq istedadı və bioqrafiyası ilə qazanıb. Çıxışçı Cəmil Həsənlini Maksim Qorkinin qəhrəmanı  Danko ilə eyniləşdirdi: Cəmil müəllim də öz ürəyini məşəl edərək bu xalqı zülmətdən çıxarmağa çalışır.
“Mən tam əminəm ki, neftçala camaatı səslərini Cəmil müəllimə, oğruya yox, doğruya verəcək. Mən ümidvaram ki, seçki komissiyasındakılar da bu dəfə vicdanlarına xəyanət etməyin 5-10 manat qarşılığına saxtakarlığıa gedib xalqın idarəsini pozmayacaqlar” deyə o fikirlərini tamamladı.

***

Tədbirdə hakimiyyətin adamlarına da imkan verildi ki, suallarını səsləndirsinlər. Onlar daha çox şəhid ailələri və Qarabağla bağlı təxribatçı suallar verdilər. Onlara verilən cavab bundan ibarət oldu ki, 20 ildə Əliyevlər 20 metr torpaq da almayıb, almaq niyyətləri də yoxdur. Qarabağ qazilərinə divan tutan da bu hakimiyyətdir, şəhid ailələrini min bir ehtiyaca düçar edib onlara verilən cüzi müavinətləri minnət qoyan da. O da xatırladıldı ki, İlham Əliyevin şəhidlərə etiramı olsaydı səfər etdiyi yerlərdə atasının büstləri ilə yanaşı uca şəhidlərimizi də ziyarət edərdi.

S.Novruz