Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus beynəlxalq müşahidəçilərə prezident seçkiləri ilə bağlı müraciət edib.
Müraciətdə deyilir:
9 oktyabrda keçiriləcək prezident seçilərinə 3 gün qalıb. ATƏT-in müşahidəçi missiyasının hesabatlarında, Aİ Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton və Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin oktyabrın 3-də verdiyi birgə bəyanatda prezident seçkiləri ərəfəsində Azərbaycanda vətəndaş cəmiyyəti fəallarına, hüquq müdafiəçilərinə, müxalifətçilərə, müstəqil mediaya təzyiqlərdən narahatçılıq ifadə olunub. ATƏT-in mətbuat azadlığı məsələləri üzrə nümayəndəsi seçki kampaniyası dövründə dəfələrlə jurnalistlərin təqib, həbs edilməsinə, döyülməsinə, KİV azadlığının məhdudlaşdırılmasına son qoymaq çağırışı ilə çıxış edib.
Azərbaycanın vətəndaş cəmiyyəti institutları mütamadi olaraq jurnalistlərə təzyiq (Pərviz Həşimlinin qanunsuz həbsi, Sabirabada jurnalistlərin döyülməsi və s.), seçki məntəqələrində yerli müşahidəçi qismində qeydə alınmaq istəyən vətəndaşlara təzyiqlər barədə faktları qeydə alı rvə açıqlayırlar.
SDİ əvvəlki 2003, 2005, 2008, 2010-cu illərdəki seçkilərin təcrübəsini nəzərə alaraq beynəlxalq müşahidəçiləri maksimal diqqət yetirməyə və oktyabrın 9-dan 10-a keçən gecə yerli müşahidəçilərə və jurnalistlərə kömək etməyə çağırırıq.
Qeyd olunan illərdə bütün Azərbaycan boyu saxtalaşdırılmış protokolları imzalamağı imtina edən minlərlə yerli müşahidəçi saxlanılaraq polis idarələrinə aparılıb, ora gətirilən ailə üzvlərinin yanlarında işgəncəyə məruz qalıblar, qızları və həyat yoldaşlarına qarşı zorakılıq ediləcəyi ilə hədələniblər.
2003-cü 300-dən artıq yerli müşahidəçi inzibati məsuliyyətə cəlb edilib, yüzlərlə müşahidəçi səsvermə protokollarının orijinallarını da götürüb qaçıb. Məhz bu səbəbdən ötən 10 ildə MSK 2003-cü ilin seçki protokollarını dərc etməyib.
İlham Əliyevin AŞ, ATƏT-in 2003 və 2005-ci illərdə vətəndaşlara qarşı fiziki güc tətbiq edib onları şikəst edən polisləri cəzalandırmaq tələbinə məhəl qoymadığını, dəfələrlə açıq şəkildə DİN əməkdaşlarına cəzalanmaqdan qorxmadan vətəndaşlara qarşı zorakılıq tətbiq edərək qanunu pozmaq çağırışını nəzərə alaraq oktyabrın 9-10-da biz polisin ilk növbədə öz borcunu yerinə yetirən yerli müşahidəçilərə qarşı xüsusi amansızlığı ilə rastlaşacağıq.
SDİ beynəlxalq müşahidəçiləri jurnalistlər və yerli müşahidəçilərə qarşı polis zorakılığına laqedy qalmamağa çağırır. 2003-cü ildə Polşadan olan bir neçə müşahidəçi Abşeron yarımadasında kəndlərdəki seçki məntəqələrində onlarla yerli müşahidəçini döyülmək və həbsdən sözün əsl mənasında xilas etdilər (gizlədiblər, özləri ilə aparıblar).
3 gün sonra sizlərdən hər biri polis zorakılığının şahidi ola bilər. Diqqət yetirin, yanınızda olanları xilas edin. Şikəst edilə, həyat sındırıla biləcək konkret adama yardım ali beynəlxalq təşkilatların siyasi qərarlarından deyil, şəxsən sizdən asılı olacaq.
SDİ beynəlxalq təşkilatları seçkilərdən sonra prezidentliyə namizəd Cəmil Həsənlinin, müxalifət liderləri və onların ailə üzvlərinin təhlükəsizlik probleminə diqqət yetirməyə çağırır. Müxalifətçi ailələrinin üzvlərinin girov götürülməsini (AXCP lideri Əli Kərimlinin oğlu seçki kampaniyası dövründə saxta ittihamlarla həbs edilib) və bədən xəsarətləri yetirilməsini (hüquq müdafiəçisi Oqtay Gülalıyevin yetkinlik yaşına çatmayan oğlu seçki kampaniyası dövründə şikəst edilib) nəzarətə götürməyə çağırır.