Misir Mərdanovun keçmiş komandası onu doğum günündə təbrik etməyə qorxub
Oktyabrın 3-ü keçmiş təhsil naziri Misir Mərdanovun doğum günü idi. Bununla bağlı Təhsil Nazirliyindən redaksiyamıza maraqlı məlumat daxil olub. Məlumatda deyilir ki, Misir Mərdanovun dövründə nazirlikdə vəzifə alanlar oktyabrın 3-də keçmiş naziri təbrik edib-etməmək barədə müzakirə aparıblar.
Onlardan bir qismi Misir Mərdanovu təbrik etməyin tərəfdarı olub. Başqa bir qism isə bunun yeni naziri Mikayıl Cabbarovun xoşuna gəlməyəcəyini və onlar üçün problem yaranacağını bildirib. Nəhayət, Misir Mərdanovun keçmiş komandası keçmiş naziri təbrik etməmək qərarına gəlib.
Onu da qeyd edək ki, Misir Mərdanov doğum günündə Azərbaycanda olmayıb.