Ramanıda polislə sakinlər toqquşdu FOTO

Evləri sökülən əhali etiraza qalxdı, polis onlara divan tutdu

Hazırda Xəzər rayonunun Ramanı qəsəbəsində polislə sakinlər arasında qarşıdurma yaranıb. Səbəb isə uzun müddətdir bu ərazidə yaşayan insanların evlərindən zorla çıxarılmasıdır. Verilən məlumata görə, evlərin söküntüsünü ARDNŞ həyata keçirir. Onlar belə əsaslandırırlar ki, bu ərazilər neft şirkətinə məxsusdur. Hadisə yerinə yüzlərlə polis səfərbər olunub və polislə qarşıdurma zamanı bir neçə qadın xəsarət alıb. Artıq bir neçə saatdır Ramanı yolu bağlanıb, sakinlər mətbuatın baş verən ədalətsizliyi işıqlandırmasını gözləyir.
Sakinlər bildiriblər ki, bu ərazidə uzun illərdi yaşayırlar və bu əraziləri müəyyən vəsait qarşılığında əldə ediblər. İndi, qəfildən illərlə tikib qurduqları evləri başlarına uçurmaq istəyirlər. Verilən məlimata görə hələ də gərginlik davam edir və insanlar evlərindən çıxmamaqda israrlıdır.

azadliq.info

Foto: musavat.com