Bəşər Əsəd Ərdoğanı ittiham etdi

Türkiyə parlamenti isə hökumətin Suriyada hərbi əməliyyat keçirmək mandatını uzadıb

 

Suriya prezidenti Bəşər Əsəd Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanının ünvanına ittihamlar səsləndirib. “Bir insan onminlərlə insanı öldürən terrorçuları necə dəstəkləyə bilər? Bu onun düzgün adam olmadığını göstərir. O, ən aşağı səviyyədə əxlaqi dəyərlərə belə, sahib deyil. Ərdoğanın həm şəxsi, həm də ideologiyadan qaynaqlanan problemləri var” – deyə, Əsəd “Halk” TV-yə müsahibəsində bildirib(anspress). 

Türkiyə Böyük Millət Məclisi isə hökumətin Şimali Iraqda Türkiyə hərbiçilərinin hərbi əməliyyatlar keçirilməsi mandatını bir il müddətinə uzadıb. Qeyd olunan mandat hökumətə 2012-ci ilin oktyabrın 4-də Türkiyənin Suriya ilə sərhəd bölgələrində yaşayan sakinlərini hücum və raket zərbələrindən müdafiə etmək məqsədilə verilib. Qeyd edək ki, Ankara dəfələrlə Suriya ərazisindən açılan atəşə cavab zərbələri endirib(APA).