Müsavatın özək sədrinə 7 sutka həbs cəzası veriblər
Oktyabrın 4-də səhər saatlarında Qəbələ rayonunun Mıxlı Qovaq kəndində Müsavat Partiyasının özək sədri İmran İsmayılov polis tərəfindən həbs edilib. Bu barədə facebook-da Müsavat yetkililəri partiyanın Qəbələ rayon təşkilatına istinadla xəbər yayıb. Xəbərdə deyilir ki, İmran İsmayılovu oktyabrın 3-də prezidentliyə namizəd Cəmil Həsənlinin təbliğat bukletlərini payladığı üçün həbs ediblər. Ona 7 sutka inzibati həbs cəzası veriblər.