Şəmkirdə baş verən yol qəzasında 2 nəfər ölüb

Bu gün günorta saatlarında Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan  keçən hissəsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, “Mercedes” və “VAZ 21011” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb.

 Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsindən hadisə barədə daha sonra məlumat veriləcəyi bildirilib.