ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç oktyabrın 4-də Sabirabad rayonunda jurnalilistlərə qarşı edilən hücumu qınayıb və bu hadisəni dövlər orqanlarından araşdırmağa çağırıb. Dunya Miyatoviç bu barədə yazdığı bəyantında deyir:”Jurnalistlərə qarşı edilən zorakılıq Azərbaycanda media azadlığının vəziyyətinin pisləşməkdə davam edir”. ATƏT-in nümayəndəsi hesab edir ki, jurnalistlərə qarşı zorakılıq yolverilməzdir və bütövlükdə cəmiyyətə bir hücum kimi qəbul olunmalıdır. “Jurnalistlərə hücum və hüquq mühafizə əməkdaşların onlara komək etməməsi , müdaxilə etməməsi xüsusilə qəbul edilməz vəziyyətdir”deyə bəyanatda qeyd olunub. “Mən hakimiyyəti media işçilərinin təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi etmək , hadisələ əlaqədar dərhal istintaq başlamağa çağırıram.