Qoç
Narahat və pessimist davranışlardan uzaq olun. Ev işlərilə məşğul ola bilərsiniz. Uzun zamandır görmədiyiniz yoldaşlarınızla təsadüfən qarşılaşıb birlikdə əyləncəli vaxt keçirmək də olar.
Buğa
Bu gün əlinizə keçən fürsətləri qiymətləndirəcəksiniz. Fərqli istəklərinizin yaradacağı gərginlik üzündən çətinlik çəkə bilərsiniz. Ancaq sakitliyinizi heç nə pozmayacaq. Uzaqlarda olan dostlarınızı ziyarət edə bilərsiniz.
Əkizlər
Görülməsi vacib olan işləriniz kifayət qədərdir. Bu gün heç nəyi özünüzə dərd etməyəcəksiniz. Bu halınız işlərinizi asanlaşdıracaq. Xoş təkliflərlə qarşılaşa bilərsiniz, fürsətləri dəyərləndiməyi bacarın.
Xərçəng
Istəklərinizi reallaşdırmaq üçün səbrsizlik nümayiş etdirəcəksiniz. Eşitdiyiniz hər xəbəri dəqiqləşdirməmiş reaksiya verməyin. Pessimist olmayın. Sevgilinizlə münasibətiniz gözlədiyinizdən fərqli olacaq.
Şir
Qaldıra biləcəyinizdən daha çox yükün altındasınız və bunun çətinliyini hiss edəcəksiniz. Lakin diqqətli və ehtiyatlı davranmaqla özünüzü sığortalayacaqsınız. Bu gün özünüzə də zaman ayıracaqsınız. Dost dəvətlərinə qatıla bilərsiniz.
Qız
Gələcəklə bağlı planlarınızı, istəklərinizi yoldaşlarınızla və yaxınlarınızla bölüşə bilərsiniz. Bu yolla özünüzü daha inamlı hiss edəcəksiniz. Maliyyə istiqamətində yeni proyektləriniz ola bilərsiniz.
Tərəzi
Işlərinizi istədiyiniz kimi davam etdirəcəksiniz. Yeni planlar qura, bunları yaxınlarınızla paylaşa bilərsiniz. Onlardan dəstək alacağınıza şübhə etməyin. Xoş niyyətli və nikbin olduğunuzu hiss edəcəyiniz bir gündür.
Əqrəb
Günün xəbərləri sizi narahat edəcək. Hisslərinizə tam nəzarət edin və hadisələri çox böyütməyin. Bu gün həyatınızı gözdən keçirəcək və yaşam şərtlərinizi dəyişdirmək istəyəcəksiniz.
Oxatan
Bu gün problemlərin öhdəsindən gələcəksiniz. Dəvətlərə qatılmaqla yeni əlaqələr quracaqsınız. Beləcə, pessimist duyğulardan uzaqlaşıb fikirlərinizi ətrafdakılara qəbul etdirməyi bacaracaqsınız.
Oğlaq
Özünüzü daha yaxşı hiss edəcəyiniz bir gündür. Başınız qarışıq olsa belə, hər bir işin öhdəsindən gələcəksiniz. Yarınıza qarşı anlayışlı olmağa çalışın. Pessimist və narahat düşüncələrdən uzaqlaşın.
Dolça
Əhvalınız və özünüzə olan inam getdikcə yüksəlir. Sevgilinizlə aranızdakı problemləri həll edəcəksiniz. Maddi vəziyyəti yaxşılaşdırmaq üçün yeni planların tətbiqinə başlayacaqsınız.
Balıqlar
Bir xəbər sizi həyəcanlandıracaq. Ancaq özünüzü ələ almaqla bu gün daha hərəkətli olacaqsınız. Gəlirlə bağlı bəzi çətinliklər istisna deyil.