ABŞ Azərbaycandakı səfirliyinə qadağalar qoydu

Son dəfə belə hadisə 17 il bundan əvvəl baş verib 

 ABŞ hökumətinin fəaliyyətinin qismən dayandırılmasından sonra bu ölkənin Azərbaycandakı səfirliyi bəyanatla çıxış edib. 

Bəyanatda hökumətin fəaliyyətinin dayandırlmasının ABŞ-ın Azərbaycandakı missiyasına təsiri açıqlanıb: 

“Hökumət vasitələrinin dayandırılması o deməkdir ki, ABŞ Hökumətinin bir sıra fəaliyyətləri dayandırılır. ABŞ-ın Azərbaycandakı Missiyası tam heyətlə işinə davam edir. Hüquqi məhdudiyyətlər çərçivəsində missiya ABŞ vətəndaşlarının müdafiəsi, milli təhlükəsizliyin təminatı və ticarət və iqtisadi maraqların irəli çəkilməsi ilə bağlı fəaliyyətlərini davam etdirəcək. Bütün dünyada səfirlik əməkdaşlarına, ən vacib milli maraqlarla əlaqədar olmadıqca, çıxışlar etməmək, müsahibələrdə iştirak etməmək və ya ictimai tədbirləri təşkil etməmək tapşırılıb. Pasportların yenilənməsi və ABŞ vətəndaşları üçün digər xidmətlər normal qaydada davam etdirilir. Viza üçün müraciət edən şəxslər üçün xidmətlər də normal qaydada davam etdirilir”. 

Qeyd edək ki, son dəfə belə hadisə 17 il bundan əvvəl baş verib. Bu dəfə hökumət idarələrinin bağlanmasına səbəb Konqreslə prezident arasında baş verən ixtilaf göstərilir. Barack Obama özünün «Obamacare» kimi tanınan səhiyyə layihəsindəki imzasından imtina etmədiyinə görə bu layihənin əleyhinə olan Konqres əksəriyyəti hökumətə büdcə ayırmalarını dayandırıb. Bu isə o deməkdir ki, təxminlərə görə 700 min federal hökumət işçisi qeyri-müəyyən müddətə maaşı ödənilməyən məzuniyyətə göndərilir. Bununla, hökumətin müəyyən idarələri müəyyən müddətə qulluqçulara və məmurlara işə gəlməməyi tapşırır.