İrana qarşı yeni sanksiyalar hazırlanır

Nüvə iddialarından imtina etməsi üçün ABŞ Konqresinin üzvləri İrana qarşı yeni sanksiyalar hazırlayır.

Bu haqda senatın xarici işlər üzrə komitəsinin sdəri Robert Menedes Tehranın nüvə proqrammı ilə bağlı dinləmələrdə çıxışı zamanı bildirib. Konqress üzvlərinin çoxunun qənaətincə, ABŞ – İran münasibətlərində yumşalma yaransa da Amerika İrana qarşı təzyiqlər saxlamalıdır. «Bizlərdən bəziləri İran qarşı yeni sanksiyaların neft ixracının azalmasına yönəli olmasının istəyir»-deyə, komitə sədri  vurğulayıb. O, deyib ki, beynəlxalq ictimaiyyətin tələblərini yerinə yetirəcəyi halda İrana qarşı sanksiyaların yumşalması da istisna edilmir. Xatırladaq ki, Yaponiyada səfərdə olan ABŞ dövlət katibi Con Kerri oktyabrın 3-də jurnalistlərə açıqlamasında İranın nüvə probleminin həllindən danışıb. O,  İran prezidenti Həsən Ruhani hökumətinin yardımı ilə bu ölkənin nüvə probleminin uğurla həll olunacağına ümidvar olduğunu bildirib: «Ancaq Tehran apardığı nüvə fəaliyyətlərinin dinc xarakter daşıdığını Qərbə göstərmək istəyirsə, bunun üçün konkret və bir yol var: həmin fəaliyyətlərin sülh məqsədli olduğunu beynəlxalq ictimaiyyətə sübut etməlidir”. (lent.az)