Şirvanda fəhlələri daşıyan avtobus dərəyə aşdı

Azərbaycanda ağır yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “Qarasu” Əməliyyat Şirkətində çalışan fəhlələri daşıyan 18 AC 719 dövlət nömrə nişanlı, KAVZ markalı avtobus Şirvan ərazisində, Mişovdağda qəzaya uğrayaraq, dərəyə yuvarlanıb.
 
Avtobus qəzaya uğrayanda içərisində 20-dək fəhlə olub. Hadisə nəticəsində xəsarət alan 12 fəhlə xəstəxanaya çatdırılıb.
 
Faktla bağlı araşdırmalara başlanıb.