Günün ulduz falı (03.10.2013)

Qoç

Bu gün alacağınız xəbərlərin doğru olub-olmadığını araşdırmadan reaksiya verməyin. Hadisələr sizi həyəcanlanmağa vadar edəcək. Yazışmalarda bəzi ləngimələr ola bilər.

Buğa

Daha əvvəl qurduğunuz planların tətbiqinə başlaya bilərsiniz. Əlinizə keçən fürsətləri dərhal qiymətləndirin. Hadisələrin inkişafı gözlədiyiniz kimi olacaq. Gün boyu hisslərinizin sizi idarə etməsinə imkan verməyin.

Əkizlər

Başladığınız işləri davam etdirəcəksiniz. Bir az gərgin və səbrsiz olmaqla yanaşı, həm də sürətli və enerjili olacaqsınız. Uzun səyahətlərə çıxa bilərsiniz. Bu, sakitləşməyin yeganə yoludur.

Xərçəng

Narahat və pessimist olacaqsınız. Buna baxmayaraq, işlərinizi əvvəldən təyin etdiyiniz kimi davam etdirəcəksiniz. Bu gün həmkarlarla aranızda çıxacaq problemləri böyütməyin.

Şir

Bu gün küsəyənlik nümayiş etdirəcəksiniz, amma səbrli və anlayışlı davranmağı bacaracaqsınız. Xüsusilə, yaxınlarınıza qarşı yumşaq və mülayim olmağa çalışın. Maliyyə ilə bağlı işləriniz çox olacaq.

Qız

Iş yoldaşlarınız və dostlarınız planlarınızı reallaşdırmaqda sizə yardımçı olacaq. Bu, sizin xoşunuza gələcək. Bu gün  ziyarətinizə gələn qonaqlarla şən vaxt keçirəcəksiniz.

Tərəzi

Bəzi xəbərlər kefinizi artıracaq. Hisslərinizə nəzarət edə biləcəksiniz. Sizi narahat edən mövzulardan uzaqlaşmağa çalışın. Daha diqqətli və ehtiyatlı davranacaqsınız. Əhvalınız getdikcə yüksələcək.

Əqrəb

Romantik hisslər sərgiləyəcəyiniz bir gündür. Hadisələri fərqli baxışla qiymətləndirəcək, ətrafınızdakıların təsiri altına düşəcəksiniz. Uzun zamandır görmədiyiniz köhnə bir dostunuzla təsadüfən qarşılaşa bilərsiniz.

Oxatan

Hadisələr sürətlə inkişaf edəcək. Səyahətə çıxmaq arzunuz yüksələcək. Ulduzlar buna etiraz etmir. Gün boyu qərarlı və müsbət davranmağı bacaracaqsınız.

Oğlaq

Olaylar sizin gözlədiyinizdən fərqli olacaq və bu, çətinlik yaradacaq. Hadisələrdən təsirlənəcəksiniz. Düşüncələrinizi ifadə etməkdə çətinlik çəkəcəksiniz, yazışmalar və sənədlərlə bağlı qarışıqlıq yaşanacaq.

Dolça

Fərqli istəklər baş qaldıracaq. Enerjinizi müsbət istiqamətdə istifadə etməyi bacaracaqsınız və dostlarınızla əlaqələrinizi daha da möhkəmləndirəcəksiniz. Xanımlarla dostluğunuz getdikcə güclənir.

Balıqlar

Bu gün məntiqlə hərəkət edəcəksiniz. Düşünmək qabiliyyətiniz yüksələcək. Beləcə, kompleks duyğulardan uzaqlaşacaqsınız. Ətrafdakılarla əlaqələrinizi yenidən nəzərdən keçirəcəksiniz.