Müsavat başqanı Avropa Parlamentində Azərbaycandakı seçkilərlə bağlı təşkil olunacaq dinləmələrdə iştirak edəcək
Müsavat başqanı İsa Qəmbər Brüsselə səfərə gedib. İsa Qəmbər oktyabrın 3-də Avropa Parlamentində Azərbaycandakı seçkilərlə bağlı təşkil olunacaq dinləmələrdə iştirak edəcək.
İ.Qəmbər həmçinin Avropadakı mühacir azərbaycanlılardan ibarət Demokratik Azərbaycan Hərəkatının oktyabrın 3-də Brüssel şəhərində keçirəcəyi Cəmil Həsənliyə dəstək mitinqə də qatılacaq. (anspress.com)